İQTİSADİYYAT
Bakı Banklararası Valyuta Birjasında hərracların yekunları
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-a bildiriblər ki, elektron hərraclar sistemində (BEHS) səhər sessiyasının açılışında USD/AZN məzənnəsi 1 dollar üçün 0,7829 AZN-ə bərabər idi.
Səhər sessiyasında USD/AZN T+0 aləti üzrə əqdlər qeydə alınmayıb. Səhər sessiyasının orta hesablanmış məzənnəsi dəyişməyib.
Gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə 10.205.044 AZN-ə bərabər əqdlər qeydə alınıb. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi dəyişməyib.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə USD/AZN T+0 aləti üzrə hərracların ümumi məbləği 13.010.000 dollar, yaxud 10.205.044 manat təşkil edib.
Qeyd edək ki, USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə əqdlər bağlanmayıb.
BEHS–də EUR/AZN və RUB/AZN alətləri üzrə sifarişlər verilməyib.
EUR/USD_TOD və EUR/USD_TOM alətləri üzrə bank sifarişləri verilib, lakin bu alətlər üzrə əqdlər bağlanmayıb.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 10,17 faiz, ABŞ dolları üzrə isə 10,50 faiz təşkil edib.
Sentyabrın 30-da birjada banklar arasında kredit alətləri üzrə əqdlər qeydə alınmayıb.