İQTİSADİYYAT
Bakı Banklararası Valyuta Birjasında hərracların yekunları
Bakı Banklararası Valyuta Birjasının elektron hərraclar sistemində (BEHS) oktyabrın 24-də keçirilən hərracların yekunlarına görə, USD/AZN orta hesablanmış birja məzənnəsi 1 dollar üçün 0,7829 AZN-ə bərabər olub.
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-a bildiriblər ki, elektron hərraclar sistemində (BEHS) səhər sessiyasının açılışında USD/AZN məzənnəsi 1 dollar üçün 0,7829 AZN-ə bərabər idi.
Səhər sessiyasında USD/AZN T+0 aləti üzrə 431.365 AZN-ə bərabər məbləğ qeydə alınıb. Səhər sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7829 AZN olub.
Gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə əqdlər qeydə alınmayıb. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi dəyişməyib.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə hərracların ümumi məbləği 550.000 dollar, yaxud 431.365 manat təşkil edib.
Qeyd edək ki, USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə əqdlər bağlanmayıb.
BEHS–də EUR/AZN və RUB/AZN alətləri üzrə sifarişlər verilməyib.
EUR/USD_TOD və EUR/USD_TOM alətləri üzrə bank sifarişləri verilib, lakin bu alətlər üzrə əqdlər bağlanmayıb.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 12,75 faiz, ABŞ dolları üzrə isə 10,88 faiz təşkil edib.
Oktyabrın 24-də birjada banklar arasında kredit alətləri üzrə əqdlər qeydə alınmayıb.