CƏMİYYƏT


Bakı Baş Gömrük İdarəsi idxalına icazə verilməyən dərman preparatlarını zərərsizləşdirib

A+ A

Bakı, 5 oktyabr, AZƏRTAC

Bakı Baş Gömrük İdarəsi idxalına icazə verilməyən xeyli miqdarda dərman preparatının qanuna müvafiq qaydada zərərsizləşdirilməsini həyata keçirib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin mənfi rəyinə əsasən, idxalına icazə verilmədiyi üçün 1100 ədəd “Uqol aktivirovannıy”, 5 min 40 ədəd “Zelyonka”, 102 ampul “Sıvorotka p/qanqrenoznaya”, 50 ampul “Sıvorotka p/yada qadyuki”, 607 flakon “Isotoran”, 800 tyubik “Funqoferbin”, 16 ədəd “Bioparoks”, 529 ədəd “Abizol 15 mq”, 320 ədəd “Abizol 5 mq”, 3 min 995 ədəd “Anzibel”, 954 ədəd “Duxet”, 974 ədəd “Etodin”, 2 min 76 ədəd “Lansobel”, 950 ədəd “Prefix №10”, 509 ədəd “Prefix 100 ml”, 1000 ədəd “Sinazin №50”, 508 ədəd “Sinazin №20”, 2 min 238 ədəd “Terfalin”, 3 min ədəd “Tylol”, 2 min 850 ədəd “Tylolhot”, 3 min 162 ədəd “Ulfrox”, 1000 ədəd “Lipideks” və 2 min ədəd “Meqasef” adlı dərman preparatları məhv edilib.

Bundan başqa, kənd təsərrüfatında bitkiləri qorumaq üçün istifadə olunan 4 min 520 kiloqram “PYPİMETHANİZ 300” adlı preparat, 3 min 970 kiloqram “Cyromazon” adlı kimyəvi maddə isə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin idxalına rəyi olmadığı üçün məhv olunub.

Adıçəkilən bütün dərman preparatlarının zərərsizləşdirilməsi Sumqayıt Ekologiya Poliqonunda həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.