İQTİSADİYYAT


Bakı-Batumi avtobus reysi iyunun 26-dan etibarən fəaliyyətə başlayacaq

Bakı, 23 iyun, AZƏRTAC

İyun ayının 26-dan etibarən Bakı Beynəlxalq Avtovağzal kompleksindən həftənin 1, 3, 5-ci günləri olmaqla Bakı-Batumi reysi fəaliyyətə başlayacaq. Avtobuslar Bakı vaxtı ilə saat 18.00 yola düşəcək, təyinat məntəqəsinə - Batumi şəhərinə isə növbəti gün saat 09.00-da çatacaq.

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən AZƏRTAC-a bildirilib ki, gediş qiyməti 40 manat təşkil edir. Beş yaşına qədər uşaqlara bilet pulsuzdur, 5 yaşından-10 yaşına qədər uşaqlar üçün biletin qiymətinin 50 faizi məbləğində ödəniş edilir.

Gələcəkdə sərnişin sıxlığı çox olduğu təqdirdə avtobusların hər gün reysə çıxması məsələsi də nəzərdən keçirilə bilər.

Avtobuslar kondisioner və Wi-Fi sistemi ilə təchiz olunub. Sərnişinlərə biletləri əvvəlcədən almaları tövsiyə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.