MƏDƏNİYYƏT


Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində litvalı musiqiçilərin konserti olub

A+ A

Bakı, 29 oktyabr, AZƏRTAC

Oktyabrın 29-da “Rotunda Jazz Club”da Litvanın Dainius Pulauskas musiqi qrupu konsert proqramı ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, konsert Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə keçirilən Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində baş tutub.

Qrup repertuarında olan hit caz musiqi nömrələri ilə yanaşı, dünya caz əsərlərini də ifa edib.

Dainius Pulauskas musiqi qrupu Litvanın ən nüfuzlu və fəal caz qruplarından biridir. Qrup 1996-cı ildə yaradılıb və qısa müddətdə Litvanın beynəlxalq səviyyədə caz musiqisi təmsilçisi kimi şöhrət qazanıb. Qrup bütün Avropada, eləcə də Çində və Hindistanda caz festivallarında səhnə alıb. Bununla yanaşı, son dövrlərdə simfonik orkestr ilə birgə proqram hazırlayıb. Repertuarı əsasən qrup rəhbəri Dainius Pulauskasın kompozisiyalarından ibarətdir. Qrupun müvəffəqiyyətinin əsasını onun üzvlərinin, bənzərsiz ansamblın, eləcə də musiqinin üstünlüyü təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.