MƏDƏNİYYƏT


Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində yapon kvartetinin konserti olub

A+ A

Bakı, 29 oktyabr, AZƏRTAC

“Rotunda The Landmark Hotel” zalında Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində “Takumi`s Trick with Asian friends” yapon kvartetinin konserti olub.

AZƏRTAC xəbər verir ki, “Takumi`s Trick with Asian friends” qrupu məxsusi olaraq Bakı Beynəlxalq Caz Festivalı üçün dörd gənc musiqiçidən təşkil edilib.

Qrupda Takumi Nakayama (saksofonçu), Yusei Takaxaşi (fortepiano), Takumi Katsuya (bas), Akira Yamada (zərb alətləri) təmsil olunublar.

Qrupun lideri, istedadlı saksafonçu Takumi Nakayama yapon cazının ümidverici təmsilçisidir. O, 5 yaşından fortepianoda, 12 yaşından isə saksafonda çalmağa başlayıb. Hazırda Vaseda Universiteti orkestrinin aparıcı saksofonçusu, “Takumi`s Trick with Asian friends” kvartetinin fəal ifaçısı, eləcə də bəstəkar-aranjimançıdır. Musiqiçinin sözlərinə görə, o, həmişə insanların ürəyinə yol tapan musiqi axtarışındadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.