SİYASƏT
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə Qlazqo Universiteti arasında əməkdaşlıqla bağlı müzakirələr aparılıb
Bakı, 19 oktyabr, AZƏRTAC
Oktyabrın 19-da Böyük Britaniyanın Qlazqo Universitetinin dil xidmətləri üzrə əlaqələndiricisi Julie MakAdam Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olub.
Mərkəzin icraçı direktoru Azad Məmmədov görüşdə BBMM-in fəaliyyəti və Azərbaycan multikulturalizmi modeli haqqında qonağa məlumat verib. O, 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunduğunu bildirərək hazırda dünyanın 20, Azərbaycanın 28 aparıcı ali təhsil müəssisəsində “Azərbaycan multikulturalizmi” fənninin tədris olunduğunu, mütəmadi olaraq beynəlxalq multikulturalizm yay-qış məktəblərinin təşkil edildiyini, xaricdə Mərkəzin filiallarının fəaliyyət göstərdiyini, multikulturalizmin təbliği və təşviqi istiqamətində regional və beynəlxalq layihələr həyata keçirildiyini vurğulayıb.
Julie MakAdam təmsil etdiyi universitet haqqında ətraflı məlumat verərək bu ali təhsil ocağının dünyanın ən nüfuzlu universitetləri siyahısında yer aldığını qeyd edib.
Görüşdə, həmçinin BBMM ilə Qlazqo Universitetinin Azərbaycan multikulturalizminin təbliği və təşviqi ilə bağlı gələcək əməkdaşlığı istiqamətində ilkin müzakirələr aparılıb.