Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail Dövlətində nümayəndəliyinin direktoru, “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri Arye Qutdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident,

Yubileyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizin üçün bu xoşbəxt gündə bir daha Sizə - Azərbaycan dövlətinin istedadlı, praqmatik və təcrübəli liderinə səmimi hörmət və ehtiram hisslərimi bildirmək istərdim. Sizin ardıcıl, ölçülüb-biçilmiş, quruculuq siyasətiniz sayəsində Azərbaycan Respublikası əsl regional liderə çevrilib, həm postsovet məkanında, həm də dünya birliyində layiqli yer tutub. Azərbaycan bütün konfessiyaların nümayəndələrinin dinc yanaşı yaşadığı sabitlik və firavanlıq adasıdır. Məhz Sizin praqmatik və müdrik siyasi fəaliyyətiniz sayəsində Azərbaycan dövləti cəmiyyətin həyat tərzi olan tolerantlıq və multikulturalizm siyasəti yeridir. Azərbaycanın millətçiliyə, şovinizmə, faşizmə və terrorizmə alternativ olan özünəməxsus multikulturalizm modeli var.

Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, İsrail Dövləti və İsrail xalqı Azərbaycanın və şəxsən Sizin Azərbaycanda yaşayan bütün icmalara, eləcə də yəhudi icmasına dünyada heç bir tarixi presedenti olmayan diqqətli və mehriban münasibətinizi yüksək qiymətləndirir. Siz dünyəvi dövlətə, multikulturalizmə və tolerantlığa, Azərbaycanda yaşayan bütün konfessiyalara və xalqlara göstərdiyiniz hörmətə görə həm İsrail cəmiyyətinin, həm də dünyanın başqa dövlətlərində yəhudi icmasının böyük hissəsinin hörmətini qazanmısınız.

Beşinci Bakı Beynəlxalq Humanitar Forumunda mənə Sizinlə söhbət etmək səadəti nəsib oldu və fəxr edirəm ki, Sizin müasiriniz və həmvətəninizəm.

Sizə və Sizin gözəl ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, dövləti fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına sülh və tərəqqi arzu edirəm.

Dərin hörmətlə,

 

Arye Qut

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail Dövlətində

nümayəndəliyinin direktoru, “Cəmiyyət üçün beynəlxalq layihələr”

qeyri-hökumət təşkilatının rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin