MƏDƏNİYYƏT


Bakı Beynəlxalq Teatr Konfransı təcrübə mübadiləsi üçün gözəl məkandır

A+ A

Bakı, 7 noyabr, AZƏRTAC

Bakı Beynəlxalq Teatr Konfransında ilk dəfə iştirak edirəm. Çox şadam ki, bəxtimə belə bir imkan düşüb. Əminəm ki, konfransın işi məhsuldar olacaq. Məruzə ilə çıxış etməyi də planlaşdırıram. Başqa ölkələrin teatr xadimləri ilə tanış olmaq, aktual məsələləri müzakirə etmək və təcrübə mübadiləsi aparmaq imkanına görə tədbirin təşkilatçılarına öz minnətdarlığımı bildirmək istərdim.

Bu sözləri AZƏRTAC-a müsahibəsində A.P.Çexov adına Moskva Bədaye Teatrının bədii rəhbərinin köməkçisi Pavel Rudnev deyib.

Rusiyalı qonaq bildirib ki, Bakıya gələn kimi Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının bir tamaşasına baxıb və aktyorların ustalığını yüksək qiymətləndirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.