ELM VƏ TƏHSİL
Bakı Biznes Universiteti ölkənin qabaqcıl ali təhsil müəssisələrindəndir
Bakı, 13 mart, AZƏRTAC
Bakı Biznes Universitetində (BBU) Novruz bayramı və bu ali məktəbin yaradılmasının 24 illiyinə həsr olunan təntənəli mərasim keçirilib.
BBU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə universitetin keçdiyi yola nəzər salınıb, bu ali məktəbin uğurlarından söz açılıb.
Qeyd edilib ki, hazırda BBU ölkənin qabaqcıl ali təhsil müəssisələrindəndir, universitetin məzunlarının sorağı ən yüksək, məsuliyyətli tribunalardan gəlir, onlar xarici ölkələrdə Azərbaycanı uğurla təmsil edirlər.
Sonra universitetdə Novruzun gəlişi və BBU-nun yaradılmasının 24-cü ildönümü təntənə ilə qeyd edilib. Tələbələrin hazırladıqları bayram proqramı maraqla qarşılanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [16:03]
Mərkəzi Elmi Kitabxanada istifadəçilərin sayı artıb
- 08.05.2024 [15:47]
İyirmi beş minə yaxın şagird Azərbaycan dili imtahanı verəcək
- 08.05.2024 [15:35]
Akademik İsa Həbibbəyli Türk dünyasının elm xadimləri ilə görüşüb
- 08.05.2024 [15:05]