İQTİSADİYYAT


Bakı-Böyük Kəsik istiqamətində hərəkət edəcək lokomotivlər sentyabr ayında Azərbaycana gətiriləcək

Bakı, 13 iyun, Elvin Camalov, AZƏRTAC

Bakı-Böyük Kəsik istiqamətində hərəkət edəcək lokomotivlər sentyabr ayında Azərbaycana gətiriləcək.

Bu barədə “Alstom Azərbaycan” MMC şirkətinin icraçı direktoru Elşən Zeynalov AZƏRTAC-a eksklüziv müsahibəsində deyib.

O bildirib ki, iyul ayında şirkətin zavodunda lokomotivlər sınaqdan keçiriləcək. Sentyabr ayında isə Azərbaycana gətiriləcək və Bakı-Böyük Kəsik hissəsində təkrar sınaqdan keçiriləcək. Sınaqlardan sonra isə lokomotivlər “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən istismara veriləcək.

E.Zeynalov qeyd edib ki, Azərbaycana təhvil veriləcək 50 lokomotivin 40 ədədi yükdaşımalarda, 10 ədədi isə sərnişin daşınmasında istifadə olunacaq. Sərnişin daşınmasında istifadə olunacaq lokomotivlər Bakı-Böyük Kəsik və Bakı-Yalama arasında hərəkət edəcək.

İcraçı direktorun sözlərinə görə, sərnişin lokomotivləri sırf Azərbaycan üçün hazırlanmış lokomotivlərdir. Belə ki, bu lokomotivlər Bakı-Böyük Kəsik arasında 2,25 voltla, Bakı-Yalama istiqamətində isə 3 voltla hərəkət edə bilər.

Xatırladaq ki, “Azərbaycan Dəmir Yolları” QSC üçün 50 lokomotivin tədarükü üzrə müqavilə 2014-cü ildə, yekun saziş isə ötən ilin mayında imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.