MƏDƏNİYYƏT


Bakı Dövlət Sirkində “İntersirk-3”

A+ A

Bakı, 14 oktyabr, AZƏRTAC

Bakı Dövlət Sirkində yeni mövsümün açılışına hazırlıq işləri yekunlaşmaq üzrədir.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 29-dan tamaşaçılar “İntersirk-3” adlı möhtəşəm çıxışları izləyə biləcəklər. Çili, Rusiya, İtaliya, Belorus, Qvatemala və Ukraynanın dünya şöhrətli artistlərinin iştirakı il təqdim olunacaq proqramda ilk dəfə olaraq İtaliya sirkinin pələnglər attraksionu da çıxış edəcək. Proqrama, həmçinin qeyri-adi illüziya, əhliləşdirilmiş heyvanlarla rəngarəng nömrələr, hava gimnastları, jonqlyor, akrobatlar, transformasiya, şən kloun Rob və s. daxildir.

Qeyd edək ki, 2 saat davam edən sirk proqramının tamaşaları saat 12:00, 15:00 və 19:00-da başlayır. Biletləri sirkin kassalarından əldə etmək olar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.