Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Bakı Dövlət Universiteti Azərbaycan xalqının milli sərvətidir
Universitetin 95 illik yubileyi qeyd olunub VİDEO

Bakı, 18 dekabr, İ.Əsədov, T.Ağayeva, P.İmanova, AZƏRTAC 

Dekabrın 18-də Bakı Dövlət Universitetində (BDU) bu ali təhsil müəssisəsinin 95 illik yubileyinə həsr olunan təntənəli tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, akademiklər, dünyanın müxtəlif ölkələrindən olan alimlər, ali məktəb rektorları, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları universitetin təsis olunmasını əks etdirən rəsm tablosuna, BDU-nun 95 illiyi ilə bağlı sərgiyə və qrafik filmə baxıblar.

Təntənəli mərasimdə çıxış edən Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov ümummilli lider Heydər Əliyevin “Bakı Dövlət Universiteti Azərbaycan xalqının milli sərvətidir” kəlamını xatırladıb. Universitetinin tarixindən, inkişaf mərhələlərindən danışan rektor bildirib ki, XX əsrin əvvəllərində qurulan Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirdiyi ən mühüm tədbirlərdən biri ölkədə dünyəvi ali məktəbin yaradılması olub. Bakı Dövlət Universitetinin maddi-texniki bazasının və kadr potensialının formalaşmasına Azərbaycan mesenatları da yaxından kömək göstəriblər.

Yarandığı ilk illərdə tarix-filologiya, fizika-riyaziyyat və tibb sahələrini əhatə edən BDU-nun əsas məqsədi Azərbaycanda maarifçiliyin, səhiyyənin inkişaf etdirilməsi və bunun üçün yüksək səviyyəli kadr hazırlamaqdan ibarət olub. Sonralar isə bütün fəaliyyəti dövründə bu ali məktəb xalqın milli şüurunun yetkinləşməsi, maarifçilik ideologiyasının bərqərar olması, tolerantlığın, elm və təhsilin inkişafı, azərbaycançılıq ideologiyasının formalaşmasında əvəzsiz rol oynayıb. Universitetin kadr potensialı və elmi bazası əsasında bir sıra digər ali təhsil müəssisələri və Azərbaycan Milli Elmlər Akademiyası yaradılıb. Bakı Dövlət Universitetində bir çox dünya şöhrətli alimlər çalışıblar.

BDU-nun inkişafında yeni keyfiyyət mərhələsinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayan akademik Abel Məhərrəmov Ulu Öndərin məzunu olduğu Bakı Dövlət Universitetinə daim xüsusi diqqət və qayğı göstərdiyini bildirib. Qeyd olunub ki, bu diqqət və qayğı sayəsində universitet ötən əsrin 70-ci illərindən etibarən özünün intibah dövrünə qədəm qoyub.

Ulu öndər Heydər Əliyevin siyasi kursunun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan rektor dövlətimizin başçısının elm, təhsil sahəsi ilə bağlı təşəbbüslərindən və imzaladığı sənədlərin əhəmiyyətindən söz açıb. Bildirilib ki, inkişafının yeni mərhələsini yaşayan BDU-da məhz Prezident İlham Əliyevin qayğısı və dəstəyi ilə son beş ildə ən müasir texniki avadanlıq və ləvazimatla təchiz edilmiş yeni tədris binası, idman kompleksi, 800 əməkdaş üçün üç müasir yaşayış kompleksi, tədris-təcrübə və istirahət mərkəzi tikilərək istifadəyə verilib.

Diqqətə çatdırılıb ki, hər bir ölkənin iqtisadi, mədəni və intellektual səviyyəsinin barometri hesab edilən klassik milli universitet missiyasını şərəflə həyata keçirən Bakı Dövlət Universitetində bu gün ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələrində 20 minə yaxın tələbə təhsil alır. Gənclərin təlim-tərbiyəsi ilə 4 minədək əməkdaş, o cümlədən 2 minə yaxın professor-müəllim heyəti və elmi işçi məşğul olur. Onlardan 21 nəfəri akademiyanın həqiqi və müxbir üzvü, 11 nəfəri Milli Məclisin deputatı, 300 nəfərə qədəri elmlər doktoru, professor, 1000 nəfərə qədəri fəlsəfə doktoru, dosentdir. Hazırda universitetdə 17 fakültə, 127 kafedra, müasir cihaz və avadanlıqlarla təchiz olunmuş iki Elmi Tədqiqat İnstitutu fəaliyyət göstərir. Universitetin 30-dək Elmi Tədqiqat Mərkəzi və laboratoriyası, 3 milyona yaxın fonda malik kitabxanası var. BDU-da 81 istiqamət üzrə dünya standartları səviyyəsində elmi-tədqiqat işləri aparılır. Son illər yeni fakültələr, mərkəzlər, laboratoriyalar açılıb.

Rektor bildirib ki, universitetdə kadr hazırlığı Bolonya prosesinin tələblərinə və Avropa kredit transfer sisteminə uyğun həyata keçirilir. Bütün fakültələrdə təhsil üç dildə – Azərbaycan, rus və ingilis dillərində aparılır. Universitetdə dünyanın 16 ölkəsindən minədək tələbə təhsil alır. BDU-da bu ildən başlayaraq Təhsil Nazirliyinin təşəbbüsü ilə yerli və beynəlxalq əmək bazarında rəqabətə davamlı kadr hazırlığı həyata keçirtmək məqsədilə yaradılan və 12 ixtisası əhatə edən “SABAH” qrupları fəaliyyət göstərir. Universitetin nəzdindəki “Gənc istedadlar” Liseyinin şagirdləri regional və beynəlxalq səviyyəli elmi tədbirlərdə əhəmiyyətli uğurlar əldə edirlər. Azərbaycan Milli Elmlər Akademiyasının ayrı-ayrı institutlarında BDU-nun baza kafedraları, Elm və Tədris Mərkəzləri, müvafiq kafedraların filialları yaradılıb.

BDU 95 il ərzində yüz əlli mindən çox mütəxəssis, o cümlədən dünyanın bir çox dövlətləri – Orta Asiya və Qazaxıstan, Yaxın və Orta Şərq, Cənub-Şərqi Asiya, Latın Amerikası, Afrika ölkələri üçün yüzlərlə yüksək ixtisaslı kadr hazırlayıb.

Hazırda dünyanın 60 ölkəsinin 300-dən çox universiteti ilə əməkdaşlıq edən BDU Avrasiya, Xəzəryanı Ölkələr, Qara Dəniz Ölkələri, Avropa və Qafqaz Universitetləri assosiasiyalarının üzvüdür, dünyanın bir neçə qabaqcıl universiteti ilə ikili diplom verilməklə birgə magistr hazırlığı həyata keçirir.

BDU-da Konfutsi İnstitutu, Abay, Koreya, Yunis Əmrə mərkəzləri, Rus Evi, Türk Odası, xarici dillərin daha dərindən öyrənilməsi üçün linqafon kabinetləri fəaliyyət göstərir. Universitetdə 14 Qərb və Şərq dövlətlərinin dilləri öyrədilir və yüksək səviyyəli kadr hazırlığı həyata keçirilir. Azərbaycandan Tomson Reyter agentliyi tərəfindən indekslənən yeganə beynəlxalq elmi jurnal Bakı Dövlət Universitetində nəşr edilir.

Akademik A.Məhərrəmov gənclərin elmə, təhsilə marağının ildən-ilə artması nəticəsində Bakı Dövlət Universitetinin bundan sonra daha böyük nailiyyətlər qazanacağına əminliyini bildirib.

Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov zəngin ənənələrə malik Bakı Dövlət Universitetinin 95 illik elmi-pedaqoji fəaliyyətindən, ölkəmizdə elm və təhsilin inkişafına göstərilən dövlət qayğısından danışıb. Diqqətə çatdırılıb ki, bu gün BDU-nun məzunları Azərbaycan elminin inkişafına və çiçəklənməsinə dəyərli töhfələr verirlər.

Nazir qeyd edib ki, universitet ilk gündən elmi-tədqiqat mərkəzinə çevrilərək Azərbaycan Milli Elmlər Akademiyasının və onun institutlarının təşkilində, digər ali məktəblərin təşəkkülündə, kadr potensialının formalaşmasında xüsusi rol oynayıb.

Ulu öndər Heydər Əliyevin Bakı Dövlət Universitetinin məzunu olduğunu xatırladan M.Cabbarov bu dahi şəxsiyyətin Azərbaycan elminin və təhsilinin inkişafına daim böyük qayğı göstərdiyini, onun ideyalarının hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini vurğulayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il 16 dekabr tarixli Sərəncamına əsasən qocaman jurnalist, BDU-nun professoru Şirməmməd Hüseynovun “Şərəf” ordeni ilə təltif olunduğunu bildirən nazir ali dövlət mükafatını yubilyara təqdim edib.

Professor Ş.Hüseynov çıxış edərək yüksək dövlət mükafatına görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçi Bakı Dövlət Universitetinin elm, təhsil sahəsində önəmli xidmətlərini vurğulayıb, dahi şəxsiyyət Heydər Əliyevin bu ali məktəbin məzunu olduğunu xatırladıb. Görkəmli dövlət xadimi Heydər Əliyev ilə dəfələrlə görüşdüyünü bildirən V.Sadovniçi Ulu Öndərin elmə, təhsilə xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırıb.

BDU-nun mühüm nailiyyətlər qazandığını qeyd edən rusiyalı akademik bu ali məktəb ilə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin əlaqələrindən danışıb.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə bildirib ki, elmin, təhsilin, milli təfəkkürün, mədəniyyətin, inkişafında mühüm rol oynayan Bakı Dövlət Universitetinin yaranması Azərbaycan tarixinin ən əlamətdar hadisələrindəndir. Şərqin ilk mütərəqqi təhsil ocaqlarından olan BDU-nun 95 ildə zəngin, şərəfli inkişaf yolu keçdiyini qeyd edən akademik A.Əlizadə vurğulayıb ki, bu universitetin, eləcə də Azərbaycanda elm və təhsilin inkişafının keyfiyyətcə yeni mərhələsi görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. BDU-nun məzunları arasında bir çox dünya şöhrətli alimlər, ictimai-siyasi xadimlər yetişib.

İnformasiya cəmiyyətində mükəmməl bir sistemin tərkib hissələri kimi elmin, təhsilin və istehsalatın inteqrasiyasının inkişafın mühüm formullarından hesab olunduğunu diqqətə çatdıran AMEA-nın prezidenti akademiya ilə BDU arasındakı sıx əməkdaşlıqdan söz açaraq deyib: “Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib ki, ölkəmiz bölgənin elm mərkəzinə çevrilməlidir. Bu, Azərbaycan alimləri və təhsil işçiləri üçün böyük bir çağırışdır”.

Azərbaycan Tibb Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, Türkiyənin Ərdahan Universitetinin rektoru, Qafqaz Universitetləri Şəbəkəsinin prezidenti, professor Ramazan Korkmaz müasir dünyada elmin, təhsilin mühüm rolundan danışıb, universitetlərarası əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd ediblər. Bakı Dövlət Universitetinin elmə, təhsilə böyük töhfələr verdiyini vurğulayan natiqlər Azərbaycanın bu nüfuzlu ali təhsil müəssisəsinə yeni nailiyyətlər arzulayıblar.

Tehran Universitetinin rektoru, doktor Nili Əhmədabadi, Albaniyanın Tirana Texniki Universitetinin rektoru, akademik Yorqaq Kaçani, İvane Çavaxişvili adına Tbilisi Dövlət Universitetinin rektoru, akademik Vladimer Papavaya, Rusiya Federasiyası Dağıstan Dövlət Universitetinin rektoru, professor Murtazli Rabadanov çıxış edərək elmin, təhsilin inkişafında Bakı Dövlət Universitetinin xidmətlərini yüksək qiymətləndirib, pedaqoji kollektivi yubiley münasibətilə təbrik ediblər.

Tədbirdə Taras Şevçenko adına Kiyev Milli Universitetinin rektoru, akademik Leonid Quberski, Çinin Anhoy Universitetinin rektoru, professor Çex Xua, Türkiyənin İstanbul Universitetinin rektoru, professor Yunus Söylət, Belarus Dövlət Universitetinin rektoru, akademik Sergey Oblameyko və başqaları videobağlantı vasitəsi ilə Bakı Dövlət Universiteti barədə fikirlərini söyləyib, yubiley təbriklərini çatdırıblar.

“Gənc İstedadlar” Liseyinin məzunu, Kanadanın Vaterloo Universitetinin tələbəsi Orxan Həsənli, BDU-nun hazırda təhsilini Yaponiyada davam etdirən tələbəsi Aida Məmmədova da videobağlantı vasitəsilə doğma universitetin 95 illik yubileyi münasibətilə kollektivə xoş arzularını bildiriblər.

Sonda universitetin yubileyi münasibətilə xatirə hədiyyələri təqdim olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzinin yeni saytı istifadəyə verilib

Kənd təsərrüfatı nazirinin müavini Lerikdə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Manuel Noyer Çempionlar Liqasının tarixinə düşüb

Britaniyada 70 min nəfərə qarşı dələduzluq edən dəstə üzvləri həbs olunub

Milli Kitabxanada Tarixi Abidələrin Mühafizəsi Günü münasibətilə kitab sərgisi açılıb

Nazir: Xoşagəlməz hallar dünyanın bütün məktəblərində baş verir

Zahid Oruc: Rusiya sülhməramlılarının Qarabağdan çıxması nəinki Fransanı, ABŞ-ı da narahat edir

Naxçıvanda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub

Nazirlik rəsmisi: Valideynlər “Məktəblinin dostu” layihəsindən tam razıdırlar

Azərbaycan Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb

“Məktəblinin dostu” layihəsinin rəhbəri: İndiyədək 700 uşaq müəyyən səbəblərə görə psixiatrlara yönəldilib

“Roma” baş məşqçisi Daniele De Rossi ilə bağlı qərarını verib

Beyləqanda çiyid səpininə başlanılıb

Mariya Zaxarova: Qərb Cənubi Qafqazda qonşuların arasını vurmağa çalışır, Ermənistana isə bu məsələdə alət rolu ayrılıb

“Bavariya”nın futbolçusu: “Arsenal”ı Çempionlar Liqasından kənarlaşdırmaq gözəl hisslər idi

Üç min illik tarixə malik Bərdə maddi-mədəniyyət abidələri ilə zəngindir

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda konfrans keçirilir

HONOR Magic6 Pro İstanbulda təqdim olunub

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Qobustan Milli Tarix-Bədii Qoruğunda qeyd olunub

“Məktəblinin dostu” layihəsi hazırda 238 ümumi təhsil müəssisəsində həyata keçirilir

Gənclər Kitabxanasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlanıb

Nigeriya COP29-dan əvvəl iqlim öhdəliklərini nəzərdən keçirir

Qubadakı “Günbəzli hamam” turistlərin ən çox diqqətini çəkən tarixi abidələrdəndir

Tarixi-memarlıq abidələri milli yaddaşımızın tərkib hissəsidir

Enerjinin saxlanması və çevrilməsi üçün materiallar üzrə beynəlxalq simpoziumun 8-ci toplantısı Bakıda təşkil olunacaq

“Başlanğıcdan günümüzə Türkiyə-Azərbaycan əlaqələri” kitabı təqdim edilib

Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb VİDEO

® “Azercell” “GSMA M360 Eurasia” tədbirinə ev sahibliyi edəcək

Tailand hökuməti Qazaxıstan vətəndaşları üçün vizasız rejimi təsdiqləyib

Annalena Berbok: İranı təcrid etmək lazımdır

Rusiyalı ekspert: Parisin Bakıdakı səfirini geri çağırması Fransada zərərli siyasi təfəkkürün əlamətidir - ŞƏRH

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Bakı Təşəbbüs Qrupunun ofisində olub

Azərbaycan UNESCO Klubları Assosiasiyası Çinin müvafiq qurumu ilə süni intellekt, elektron idarəçilik sahələrində əməkdaşlıq edəcək

Şimali Qazaxıstan vilayətində daşqınların ikinci dalğası başlayıb

Azərbaycanın qadın şahmatçıları Avropa çempionatında mübarizə aparacaqlar

Azərbaycanın cüdo hakimi Paralimpiya Oyunlarına təyinat alıb

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi vətəndaşlara müraciət edib

Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar

İdarə rəisi: Azərbaycanda beynəlxalq səviyyəli kiberdiplomatların hazırlanması üçün təlimlər keçiriləcək

Londondakı Mərkəzi Qalereyada Karavacconun son rəsmləri nümayiş etdiriləcək

Yeni maarifləndirici təşəbbüs: “1 sual, 1 cavab”

Bakı Avropa Liseyində müəllim və şagirdlər fövqəladə hallarda davranış qaydaları barədə məlumatlandırılıb

Burkina-Faso üç fransalı diplomatı ölkədən çıxarır

Britaniyalı deputat haqqında araşdırma başlayıb

Azərbaycan ilə Türkiyə məktəbləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Fransada insan hüquqları açıq şəkildə tapdalanır

“Azərbaycan ədəbiyyatşünaslıq elmi müstəqillik illərində (1991-2023)” – yeni nəşr

“İnklüzivlik ayı” layihəsinə başlanılıb

Bakı Ali Neft Məktəbi ilə Özbəkistan universitetləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

Agentlik rəhbəri IV sinifdən sonra “Son zəng” keçirilməsi məsələsinə aydınlıq gətirib

“Azərreyl”in baş məşqçisi: Finala yüksəlmək fantastikdir

Dövlət agentliyinin direktoru Naxçıvanda təhsil sahəsində tətbiq ediləcək yeniliklərdən danışıb

AFFA beş klubu cəzalandırıb

Eşqi Bağırov: İşğaldan azad edilmiş ərazilərdə 5 məktəbdə 107 müəllim fəaliyyət göstərir, 762 nəfər təhsil alır

“Google” İsrail əleyhinə aksiya keçirən 28 əməkdaşını işdən çıxarıb

FHN-in Şirvanda keçirdiyi təlimə 24 texnika və 160 nəfərlik heyət cəlb olunub VİDEO

Agentlik direktoru: Kişi müəllimlərin sayında azalma müşahidə olunmur

Eşqi Bağırov: 453 məktəbdə elektron jurnaldan istifadə olunur

Agentlik rəhbəri: 345 məktəbdə monitorinq aparılıb, 55 nəfər işdən çıxarılıb

Qonşusunu öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Eşqi Bağırov: Dövlət məktəblərində IV və VI siniflər üzrə şagirdlərin monitorinqdə iştirakı icbaridir

Türkiyə-Azərbaycan Universitetində üç məşhur təhsil müəssisəsinin pedaqoji heyəti çalışacaq

Pekin Blinkenin Çinə qarşıdakı səfərini yüksək qiymətləndirir

Mayın 3-dən 17-dək tədrisi digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərə qeydiyyat aparılacaq

Müəllimlərin sertifikatlaşdırılması prosesinin tarixi açıqlanıb

Mayın 1-dən birinci siniflərə qəbul prosesinə başlanılır

DİN: Qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər nəticəsində 21 əcnəbi saxlanılıb VİDEO

Çin Fələstinin BMT-yə tam üzvlüyünü dəstəkləyir

Eşqi Bağırov: Agentliyin fəaliyyəti dövründə 112 müəllimin iş yeri dəyişdirilib

Bəzi dağlıq və dağətəyi ərazilərdə havanın arabir yağıntılı olacağı gözlənilir

Agentlik rəhbəri: Bağçalarda aparılan monitorinqlər nəticəsində 40-a yaxın müdir işdən çıxarılıb

Eşqi Bağırov: Hədəf məktəbəqədər təhsilin əhatəliliyini 30 faizdən 50 faizə çatdırmaqdır

UEFA Avropa Liqası: Yarımfinala vəsiqə qazanacaq komandalar bəlli olur

Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH

Qətər İsrail ilə HƏMAS arasında vasitəçilik missiyasını yenidən nəzərdən keçirəcək

Almaniya polisi insan qaçaqmalçılığına qarşı miqyaslı əməliyyat keçirir

Ramana qalasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə tədbir keçirilib VİDEO

Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər VİDEO

Qərbi Azərbaycana qayıdışla bağlı konfrans keçirilib

Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 70-ə çatıb

Sinxron turnirdə 30 şahmatçı ilə oynayan yığmanın kapitanı: Avropada bu qədər maraq görmək məni çox sevindirdi

Spiegel: Almaniyada Rusiyaya casusluq edən iki nəfər saxlanılıb

Energetika naziri ABŞ-a səfər edib

Paşinyan: İrəvanın sərhədlərin delimitasiyasından imtinası yeni eskalasiyaya gətirib çıxaracaq

XRİTDX rəisi rumınıyalı həmkarı ilə birgə əməkdaşlıq istiqamətində görüləcək işləri müzakirə edib

İndoneziyada vulkan püskürüb, sunami xəbərdarlığı elan olunub

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində müşavirə keçirilib

Elşən Qaraca “QGallery”də “Cəsur ürək” sərgisinin təqdim edir

Ölkəmizin Türkiyə və Moldovanın sosial müdafiə qurumları ilə əməkdaşlığı genişlənir

Azərbaycanın və Ukraynanın COP29 ilə bağlı əməkdaşlığı müzakirə edilib

Bulbul – Azərbaycanın unikal milli sosial şəbəkəsi

Pöhrələr boy atır...

Konfrans Liqası: “Fənərbağça” “Olimpiakos”la cavab görüşünə çıxacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üç ayda məcburi dövlət sosial sığorta üzrə daxilolmalarda 8,6 faiz artım qeydə alınıb

Bu ilin ilk rübü ərzində ƏƏSMN-də və qurumlarında 498 min vətəndaş qəbul edilib

"Xəzri"nin kapitanı: Finalda "Sərhədçi" ilə qarşılaşmaq daha yaxşı olardı

Azərbaycanın dayanıqlı su təminatına böyük töhfə ŞƏRH

Azərbaycan millisi İnkişaf turnirində iştirak edəcək

AzMİU Varşava Texnologiya Universiteti ilə əməkdaşlıq imkanlarını müzakirə edib