CƏMİYYƏT


Bakı Dövlət Universiteti “QS World University Rankings” siyahısında

A+ A

Bakı, 6 sentyabr, AZƏRTAC

Bakı Dövlət Universiteti (BDU) dünya universitetlərinin reytinqini müəyyənləşdirən təşkilatın siyahısında yer alıb.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, bu ali təhsil ocağı “QS World University Rankings 2016/2017” reytinqində 701+ yerdə qərarlaşıb. Universitet reytinqinin tərtib olunmasında bir neçə meyar – akademik göstəricilər, professor-müəllim heyətinin tələbələrin sayına nisbəti, işəgötürənlər arasında nüfuzu, sitat gətirilmə indeksi, həmçinin xarici müəllim və tələbələrin sayı nəzərə alınıb.

Xatırladaq ki, ötən il inkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya regionu universitetlərinin reytinqini müəyyənləşdirən “QS Quacquarelli Symonds LTD” şirkətinin siyahısında 88-ci olan BDU Beynəlxalq Round University Ranking (RUR) cədvəlində 750 universitet arasında da yer alıb. Bundan əlavə, BDU Beynəlxalq Akademik Perspektivlər İnstitutu (URAP) tərəfindən tərtib edilən dünyanın ən yaxşı 2 min universitetinin siyahısında və MDB-yə üzv ölkələr üzrə 153 universitet arasında aparılan sorğuya əsasən 40-cı pillədə qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.