ELM VƏ TƏHSİL


“Bakı Dövlət Universiteti” kitabı rus dilində çapdan çıxıb

Bakı, 8 iyun, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmovun “Bakı Dövlət Universiteti” kitabı rus dilində çapdan çıxıb. Yeni nəşr BDU-nun 100 illik yubileyinə həsr olunub.

Universitetdən AZƏRTAC-a bildirilib ki, kitabda müsəlman Şərqinin ilk dünyəvi ali təhsil ocağı olan BDU-nun keçdiyi çətin və şərəfli tarixi yol zəngin faktlar əsasında işıqlandırılır. Nəşrdə universitetin fəaliyyət dövrləri ümumiləşdirilir, inkişaf istiqamətləri şərh olunur. Bununla yanaşı, universitetin müasir göstəriciləri, ayrı-ayrı fakültələri, kafedraları və digər qurumları, bu təhsil ocağının görkəmli elm xadimləri və tanınmış məzunları haqqında ətraflı məlumat verilir.

Kitab müxtəlif sahədə çalışanlar və geniş oxucu kütləsi üçün dəyərli mənbədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.