ELM VƏ TƏHSİL


Bakı Dövlət Universitetində Çinin “Fənər bayramı” qeyd olunub

Bakı, 13 fevral, AZƏRTAC 

Bakı Dövlət Universitetində (BDU) bu ali məktəbin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu tərəfindən Çin “Fənər bayramı”na həsr edilmiş tədbir keçirilib.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə Konfutsi İnstitutunun Azərbaycan və Çin tərəfdən olan həmdirektorları Oqtay Cəlilbəyli və Lo Syaoci Çin bayramının qeyd edilməsinin əhəmiyyətindən danışıblar.

Sonra Azərbaycan, Çin, rus və ingilis dillərində şeirlər səsləndirilib, tapmaca yarışması keçirilib. Qaliblərə Çin suvenirləri, hədiyyələr təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.