ELM VƏ TƏHSİL


Bakı Dövlət Universitetində “Qız Cibək” qazax dastanının Azərbaycan dilinə tərcüməsinin təqdimatı olub

Bakı, 12 noyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Abay adına qazax dili, tarixi və mədəniyyəti mərkəzində qazax folklorunun məşhur “Qız Cibək” dastanının Azərbaycan dilinə tərcüməsinin təqdimat mərasimi keçirilib.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, bu əsər ana dilimizə universitetin türkologiya kafedrasının müdiri, professor Ramiz Əskər tərəfindən tərcümə edilib.

Tədbirdə “Qız Cibək” dastanının Azərbaycan və qazax dillərindəki nümunələri, qazax ədəbiyyatı haqqında ölkəmizdə yazılan bir çox kitablar nümayiş etdirilib.

Çıxış edənlər dastanla bağlı fikirlərini bölüşüb, əsərin Azərbaycan dilinə tərcümə edilməsinin əhəmiyyətindən danışıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.