Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Müasir müstəqil Azərbaycan dövlətinin uğurlarının təminatçısı azərbaycançılıq ideologiyasıdır [YENİLƏNİB] VİDEO

Bakı Dövlət Universitetində Respublika Gününə həsr olunmuş tədbir keçirilib

Bakı, 26 may, AZƏRTAC

Mayın 26-da Bakı Dövlət Universitetində Respublika Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm xadimləri, ictimaiyyət nümayəndələri, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) təmsilçiləri, KİV rəhbərləri, universitetin professor-müəllim və tələbələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə jurnalistika fakültəsinin nəzdində fəaliyyət göstərən tədris-teleradio studiyasının əsaslı təmirdən sonra açılışı olub.

Mərasimdə iştirak edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov böyük ənənələrə, şərəfli tarixə malik jurnalistika fakültəsi studiyasının yenidən qurulmasını yüksək dəyərləndirib və fakültə tələbələrinə yaradılan imkanlardan səmərəli istifadə etməyi tövsiyə edib.

Yenidən qurulan tədris-teleradio studiyasının istifadəyə verilməsini əlamətdar hadisə adlandıran BDU-nun rektoru, akademik Abel Məhərrəmov məlumat verib ki, 1981-ci ildə yaradılmış studiya Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə əsaslı təmir olunub. Studiyanın texniki imkanları genişlənib, əməkdaşları TRT kanalında təlim-təcrübə keçiblər.

Universitetin əsas binasında davam edən tədbirdə Azərbaycanın Dövlət himni səsləndirilib.

Akademik Abel Məhərrəmov 28 May - Respublika Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Xalq Cümhuriyyətinin çox böyük yadigarları olduğunu xatırladan akademik Abel Məhərrəmov bildirib ki, onlardan biri də Bakı Dövlət Universitetidir. Xalq Cümhuriyyətinin ömrünün çox qısa olmasına baxmayaraq onun övladı olan Bakı Dövlət Universiteti yaşayır və inkişaf edir. Bu gün universitet böyük elm mərkəzi və təhsil ocağıdır. Burada 20 mindən çox tələbə təhsil alır, universitetin nəzdində elmi-tədqiqat institutları, elmi mərkəzlər fəaliyyət göstərir. Rektor qeyd edib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra dövrün ictimai-siyasi prosesləri müstəqilliyimizi təhlükə altına almışdı. Həmin vaxt universitetdə beyin axını yaranmış, təhsilin infrastrukturu pozulmuşdu. Belə bir vaxtda ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanı bir çox təhlükələrdən xilas etdi. Ümummilli Liderin hakimiyyəti dövründə Azərbaycan çox böyük nailiyyətlərə imza atıb və həmin siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Artıq Azərbaycanın müstəqilliyi əbədi və dönməzdir. Müstəqilliyi itirməmək üçün gənclik, xüsusən onun avanqard hissəsi olan tələbələr öndə getməli, qlobal düşüncəyə, milli təəssübkeşliyə malik olmalı, mənəvi dəyərləri qorumalıdır.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov diqqəti Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindəki üç məqama - müstəqillik atributlarının yaradılmasına, Bakı şəhərinin azad edilməsi və Azərbaycanın paytaxtına çevrilməsinə, İrəvan xanlığının ermənilərə milli dövlət yaratmaları üçün güzəştə gedilməsi məsələsinə cəlb edib. Bildirib ki, bu məsələlər gələcəkdə diskussiyalar açmağa, elmi-publisistik istiqamətdə araşdırmalara yeni stimul verə bilər.

Professor Əli Həsənov Azərbaycan xalqının müstəqillik yolu, milli inkişafı və dövlət quruculuğu prosesinin bir sıra mühüm daxili və xarici amillərlə şərtləndiyini bildirib. Vurğulayıb ki, mayın 28-i Respublika Günü kimi qeyd edilsə də, bütövlükdə müstəqilliyimizin tarixi kimi o dövrdəki hadisələr təhlil edilir, müəyyən qənaətlər hasil olur.

Əli Həsənov məruzəsində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, süqutunun səbəbləri, həmin dövrdəki geosiyasi durum, hərbi geostrateji vəziyyət, hökumətin xarici dövlətlərlə münasibəti və digər məsələləri əhatə edib. O, müasir müstəqil Azərbaycan dövlətinin təşəkkülündə və inkişafında ümummilli lider Heydər Əliyevin azərbaycançılıq strategiyasının əhəmiyyətini xüsusilə vurğulayıb.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı dövrün hadisələrini təhlil edən Əli Həsənov diqqətə çatdırıb ki, 1918-ci ilin may ayında Rusiya imperiyasının süqutu bu imperiyaya daxil olan xalqların müstəqillik əldə etməsini şərtləndirdi. Azərbaycan xalqı da öz müstəqil dövlətini qurmaq imkanı əldə etdi. Tərəqqipərvər ziyalılar, ictimai-siyasi xadimlər yaranmış tarixi şəraitdən istifadə edərək Azərbaycanda Xalq Cümhuriyyətini elan etdilər.

“Dağılmış Zaqafqaziya seyminin Cənubi Qafqazdan olan deputatları mayın 28-də, 29-da və 30-da Batumi şəhərinə toplaşaraq özlərinin müstəqillik haqqında deklarasiyasını bəyan etdilər. Bu prosesə Osmanlı imperiyasını təmsil edən diplomatlar, dövlət xadimləri də qoşulmuşdular. Onların məqsədi ilk növbədə dağılmış Rusiya imperiyasının Cənubi Qafqazda mövqelərini zəiflətmək və regionda Osmanlı imperiyasının maraqlarını qorumaq idi. Lakin onlar, eyni zamanda, imkan düşərsə, ermənilərin Cənubi Qafqazda dövlət yaradaraq Anadoluya, eləcə də Osmanlı imperiyasına ərazi iddialarından əl çəkmələri barədə də fikirləşirdilər”, - deyə Əli Həsənov həmin dövrdə Azərbaycan-Türkiyə münasibətlərinə də toxunub.

Qeyd edilib ki, Azərbaycan, Ermənistan, Gürcüstan və Türkiyə dairələrinin iştirakı ilə imzalanmış Batumi müqaviləsinin tarixçilərə məlum olan müddəalarından biri də Azərbaycan Xalq Cümhuriyyətinin Aleksandropol quberniyasını (İrəvan xanlığı) ermənilərə öz dövlətini yaratması üçün güzəştə getməsidir. Əvəzində ermənilər Qarabağ bölgəsinə, həmçinin Türkiyəyə qarşı torpaq iddialarından əl çəkməli idilər. Əli Həsənov vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin bu addımı müasir dövrün araşdırıcıları tərəfindən tənqid olunur. Nəzərə almaq lazımdır ki, İrəvan xanlığı əhalisinin 98 faizi Azərbaycan türkləri idi.

Bakının azad edilərək Azərbaycanın paytaxtı elan olunmasını Xalq Cümhuriyyəti hökumətinin müsbət fəaliyyəti kimi qiymətləndirən professor Əli Həsənov deyib ki, o zaman şəhər Şaumyan başda olmaqla Xalq Deputatları Soveti deyilən bolşevik qurumu tərəfindən ələ keçirilmişdi. 1918-ci ilin mart-aprel aylarında Bakıda azərbaycanlıların kütləvi qırğını törədilmişdi. Lakin Osmanlı imperiyası İrəvan xanlığı ilə bağlı məsələdə Azərbaycana vermədiyi dəstəyi Bakının azad olunmasında ortaya qoydu. Məhz türk əsgərlərinin iştirakı ilə Bakı şəhəri azad edildi. Hökumət Gəncədən Bakıya köçürüldü. Lakin o dövrün nə geosiyasi vəziyyəti, nə iqtisadi durumu, nə də beynəlxalq hüquq Azərbaycan Xalq Cümhuriyyətinin yaşamasına imkan vermədi. Bu dövləti tanıyanlar çox az oldu və onun müstəqilliyinə qarşı yönəlmiş bolşevik qəsdlərinin qarşısına hər hansı etiraz notası səslənmədi.

Azərbaycan Xalq Cümhuriyyəti qurucularının digər böyük uğuru milli dövlətin əsas təsisatlarını yaratması olub. Ümummilli lider Heydər Əliyev hakimiyyətə gələndən sonra 1993-cü ildə müstəqil Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edilib.

Müasir tariximizin mühüm məqamlarından bəhs edən professor Əli Həsənov deyib: “Azərbaycan xalqı özünün siyasi, iqtisadi, mədəni, intellektual potensialından və SSRİ-nin dağılması ilə əlaqədar yaranan əlverişli tarixi şəraitdən istifadə edərək 1991-ci ildə milli iradəsini ortaya qoydu, dövlət müstəqilliyini bərpa etdi və BMT-nin üzvü olan müstəqil dövlətlər sırasına qoşuldu. Bu hadisə Azərbaycan xalqının ən böyük tarixi nailiyyətidir. Amma müstəqilliyi əldə etmək nə qədər çətin olsa da, onu qoruyub saxlamaq və əbədi etmək daha çətindir. Azərbaycan bu çətin vəzifənin öhdəsindən ümummilli lideri Heydər Əliyevin sayəsində gələ bildi. Ulu Öndər müstəqil Azərbaycan dövlətinin konseptual əsaslarını işləyib hazırladı. Bu gün dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaş Azərbaycan dövlətinə bağlılıq hissi ilə yaşayır. Dövlət onun maddi, mənəvi, sosial ehtiyaclarını ödəyən təsisatlar yaradır və bütün vətəndaşlara bərabər hüquqlar verir. Bu, azərbaycançılıq ideologiyasıdır. Məhz bu ideologiya sayəsində müstəqilliyin ilk illərində xalq cəbhəsi hakimiyyətinin naşı siyasəti ucbatından ölkəmizdə yaşayan milli azlıqların dövlətə itmiş etibarını geri qaytarmaq mümkün oldu, etnik qarşıdurmalara və separatçılıq meyillərinə son qoyuldu. Ulu Öndərin müəyyənləşdirdiyi digər əsas prinsiplərə cəmiyyətdə mövcud qarşıdurmanı, təbəqələşməni, qruplaşmanı aradan qaldırmaq üçün dövlət təsisatlarının yaradılması və möhkəmləndirilməsi, dövlətin sağlam iqtisadi təməlinin qurulması, sivil beynəlxalq münasibətlərin formalaşması və Azərbaycanın demokratik inkişaf yolu tutması daxildir. Bütün bu prinsiplər ölkəmizin bütün sahələrdə uğurlarının təminatçısıdır”.

Müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında, inkişafında və dünyada tanınmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini diqqətə çatdıran Əli Həsənov qeyd edib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndərin siyasi kursunu davam etdirməklə yanaşı, həm də onu yeni şəraitin tələblərinə uyğun surətdə yaradıcılıqla inkişaf etdirir. Hazırda ölkəmiz öz inkişafının keçid dövrünü başa vuraraq bir çox sahələrdə yeni mərhələyə qədəm qoyub.

Azərbaycan bu gün formalaşmış bir dövlətdir. Onun güclü iqtisadiyyatı, qüdrətli ordusu var. Azərbaycan beynəlxalq aləmdə söz və nüfuz sahibinə çevrilib, bir çox dövlətlərlə yaxşı münasibətlər qurub. “Əminəm ki, Bakı Dövlət Universitetinin gələcək məzunları bu dövlətə sahiblik edəcək, burada təhsil alan gənclər bu dövlətin problemlərinin altına öz çiyinlərini verəcəklər. Bu gün bizim əsas problemimiz Dağlıq Qarabağ və işğal altında qalan ərazilərimizdir. Allahın izni, Prezidentimizin qətiyyətli siyasəti və milli ordumuzun gücü ilə torpaqlarımızı işğaldan azad edəcək, Azərbaycan dövlətinin suveren hüquqlarını bütün ərazilərimizdə bərpa edəcəyik”, - deyə Əli Həsənov çıxışını tamamlayıb.

Sonra “M.Teatr Production”un ifasında Üzeyir Hacıbəylinin əsərləri əsasında hazırlanmış “Məsəl, ya...” tamaşası nümayiş etdirilib.

Sonda tədbir iştirakçılarına professor Əli Həsənovun “Azərbaycanın geosiyasəti” kitabı paylanılıb.

Müasir müstəqil Azərbaycan dövlətinin uğurlarının təminatçısı azərbaycançılıq ideologiyasıdır [YENİLƏNİB] VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”