QAN YADDAŞI
Bakı Dövlət Universitetində “Xocalıya ədalət!” aksiyası
Bakı, 27 fevral, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, universitetin hüquq fakültəsi tələbə həmkarlar təşkilatı tərəfindən keçirilən anma mərasimində bu qurumun sədri Yavər Məmmədova erməni quldur dəstələrinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda azərbaycanlılara qarşı törətdikləri qanlı qırğınlardan danışıb.
Y.Məmmədova Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində bu soyqırımın dünyada tanıdılması üçün həyata keçirilən tədbirlərin əhəmiyyətini xüsusi qeyd edib. O, gəncləri bu beynəlxalq kampaniyaya dəstək verməyə çağırıb.
Sonda “#LightAFireToFightTheLiar” aksiyasında iştirak ediblər.