ELM VƏ TƏHSİL


Bakı Dövlət Universitetində qazax ədəbiyyatı ilə bağlı uğurlu tədqiqatlar aparılır

Bakı, 15 may, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov Qazaxıstanın Vətəndaş cəmiyyəti və dini işlər nazirinin müavini Berık Arın ilə görüşüb.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə akademik A.Məhərrəmov rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti barədə məlumat verib, onun Qazaxıstan universitetləri ilə əlaqələrdən danışıb.

Sonra görüş böyük qazax şairi, ictimai xadim, müasir qazax yazılı ədəbiyyatının banisi Abay Kunanbayev adına mərkəzdə davam edib.

Mərkəzin yaranma tarixi və fəaliyyətindən bəhs edən rektor bildirib ki, burada müxtəlif layihələr həyata keçirilib, birgə konfrans və simpoziumlar təşkil olunub, Qazaxıstan universitetləri ilə müqavilələr imzalanıb. Eyni zamanda, qazaxıstanlı professorlar mərkəzdə tələbələrə mühazirələr oxuyublar.

B.Arın mərkəzin fəaliyyətindən razılıq ifadə edib, qazax ədəbiyyatı ilə bağlı tədqiqat işlərini yüksək dəyərləndirib.

Görüşdə gənc nəslin milli mədəniyyətimizə, adət-ənənələrimizə marağının artırılması məqsədilə ortaq layihələrin reallaşdırılması barədə ilkin razılıq əldə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.