CƏMİYYƏT


Bakı Dövlət Universitetinə qəbul olmuş abituriyentlərin nəzərinə

A+ A

Bakı, 13 avqust, AZƏRTAC

Bakı Dövlət Universitetinə (BDU) 2016-2017-ci tədris ilində qəbul olmuş abituriyentlər müvafiq sənədləri təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Təqdim edilməli olan sənədlərin siyahısı BDU-nun saytında yerləşdirilib.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, sənəd qəbulu zamanı abituriyent öz ərizəsini təsdiq etmək üçün iş nömrəsini və şifrəsini təqdim etməklə mütləq elektron qeydiyyatdan keçməlidir. Elektron qeydiyyat universitetin yeni korpusunun 2-ci mərtəbəsində aparılacaq.

Sənədlər avqustun 15-dən 25-dək universitetin əsas binasının birinci mərtəbəsində qəbul ediləcək.

Ödənişli əsaslarla BDU-ya qəbul olmuş abituriyentlər aşağıdakı hallarda təhsil haqqının ödənilməsindən (müvafiq sənədləri təqdim etməklə) azad olunurlar: məcburi köçkün statusu olanlar, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş və məhkəmə tərəfindən ölmüş elan edilmiş vətəndaşların övladları.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.