CƏMİYYƏT


Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat İnstitutu ilə London İmperial Kolleci arasında əməkdaşlıq genişlənir

A+ A

Bakı, 29 noyabr, AZƏRTAC 

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev Böyük Britaniyada elmi ezamiyyətdə olub.

Azərbaycan Milli Elmlər Akademiyasından AZƏRTAC-a bildiriblər ki, akademik F.Əliyev London İmperial Kollecində "Analiz və xüsusi törəməli differensial tənliklər", "Bəzi identifikasiya məsələlərinin həlli üçün asimptotik metodlar", “Nasos-kompressor borularının müxtəlif hissələrində hidravlik müqavimət əmsalını müəyyən etmək üçün metod” mövzularında məruzələrlə çıxış edib.

Səfər çərçivəsində akademik F.Əliyev London İmperial Kollecinin İnformasiya Texnologiyaları və Tətbiqi Riyaziyyat Departamentində də olub. Görüşdə London İmperial Kolleci ilə BDU-nun Riyaziyyat Elmi-Tədqiqat İnstitutu arasında əlaqələrin qurulması istiqamətində fikir mübadiləsi aparılıb, əməkdaşlıq üçün tədbirlər planı hazırlanıb.

Görüşlərin yekununda qərara alınıb ki, layihələrin yerinə yetirilməsi üçün Analiz, Tətbiqləri və Hesablamaları Beynəlxalq Cəmiyyəti (ISAAC) ilə əlaqələr yaradılsın.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.