ELM VƏ TƏHSİL
Bakı Dövlət Universitetinin əməkdaşları Ankarada keçirilən konfransda çıxış ediblər
Bakı, 4 iyul, AZƏRTAC
“Avrasiya Təhsil Araşdırmaları” jurnalının və Hacettepe Universitetinin birgə təşkilatçılığı ilə Ankarada ikinci Avrasiya təhsil araşdırmaları konfransı keçirilib.
Bakı Dövlət Universitetinin (BDU) mətbuat və informasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, “Təhsildə innovasiya və professionallıq” mövzusunda keçirilən konfransda BDU-nun əməkdaşları - professor L.Qasımova, dosentlər N.İmamverdiyeva, K.Qəhrəmanova, A.Bayramova, O.Qafarova məruzələrlə çıxış ediblər.
Tədbirdə Qərbi Şotlandiya Universiteti və Təhsil Məktəbinin araşdırma direktoru, professor Rovena Murrayın mühazirəsi dinlənilib.
BDU-nun müəllimləri müzakirələrdə fəal iştirak ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:40]
AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər
- 19.04.2024 [18:26]
ADPU-da “Heydər Əliyev dərsləri” davam edir
- 19.04.2024 [18:04]
“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans
- 19.04.2024 [17:43]