ELM VƏ TƏHSİL
Bakı Dövlət Universitetinin əməkdaşları X Uluslararası Böyük Türk Dili Qurultayında iştirak ediblər
Bakı, 6 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin filologiya fakültəsinin əməkdaşları Türkiyənin İhsan Doğramacı Bilkənd Universitetinin təşkilatçılığı ilə Sarayevo Universitetində keçirilən X Uluslararası Böyük Türk Dili Qurultayında iştirak ediblər.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, müxtəlif ölkələrdən 150-yə yaxın elm adamının qatıldığı qurultayda BDU-nu professor Zemfira Şahbazova, dosent Qızılgül Abdullayeva, “Türkoloji araşdırmalar” ETL-in kiçik elmi işçisi Pərvin Eyvazov təmsil ediblər.
Universitetin əməkdaşları plenar və bölmə iclaslarında məruzə ediblər. 2016-cı ildə 90 illiyi tamam olan I Türkoloji Qurultayın Bakıda baş tutduğunu diqqətə çəkən Azərbaycan alimləri XI Uluslararası Böyük Türk Dili Qurultayının da ölkəmizdə keçirilməsi təklifini irəli sürüblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:40]
AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər
- 19.04.2024 [18:26]
ADPU-da “Heydər Əliyev dərsləri” davam edir
- 19.04.2024 [18:04]
“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans
- 19.04.2024 [17:43]
“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib
- 19.04.2024 [17:33]