SİYASƏT
Bakı Dövlət Universitetinin kollektivi Fəxri xiyabanı ziyarət edib
Bakı, 18 dekabr, Tərgül Ağayeva, AZƏRTAC
Bakı Dövlət Universitetinin kollektivi dekabrın 18-də Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.