ELM VƏ TƏHSİL
Bakı Dövlət Universitetinin nəzdindəki Konfutsi İnstitutunda Çin şeir müsabiqəsi keçirilib
Bakı, 18 yanvar, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) nəzdindəki Konfutsi İnstitutunda Çin yeni ilinə həsr olunmuş “Bahar bayramı” adlı Çin şeir müsabiqəsi keçirilib.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə Konfutsi İnstitutunun Azərbaycan və Çin tərəfdən direktorları - dosent Oqtay Cəlilbəyli və Lo Seodci müsabiqənin əhəmiyyətindən danışıblar.
On məktəbli və 17 tələbənin qatıldığı müsabiqənin sonunda qaliblər müəyyənləşdirilib. Bakıdakı 145 nömrəli məktəbin şagirdi Almaz Əliyeva, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasındakı BDU-nun Konfutsi İnstitutu filialının tələbələri Müşərrəf Mahmudova və Nərmın Abbaslı qalib olublar.
Qaliblərə sertifikat və mükafatlar verilib.