ELM VƏ TƏHSİL
Bakı Dövlət Universitetinin tələbələrindən multikulturalizmə dəstək
Bakı, 7 sentyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsi (BDU THİK) bu ali təhsil ocağının ictimaiyyətçi-fəal tələbələrinin yay tətilində istirahətlərini səmərəli, əyləncə dolu və maraqlı keçirmək məqsədilə respublikamızın səfalı, yay turizm obyektlərinə, tarix-diyarşünaslıq muzeylərinə mütəmadi ekskursiyalarını təşkil edib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, BDU THİK 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsini əsas götürərək, bölgələrdə yaşayan etnik qrupların mədəniyyətləri haqqında tələbələri məlumatlandırır və bununla ölkəmizdə multikulturalizmə olan dəstəyi nümayiş etdirir.
Ekskursiyalar zamanı universitetin gəncləri Oğuz rayonunun tarixi və turistik obyektlərində olub, Qəbələ rayonunun istirahət guşələrində səmərəli vaxt keçiriblər.