İQTİSADİYYAT


Bakı Fond Birjası Avrasiya Fond Birjaları Federasiyasından çıxıb

Bakı, 14 iyun, AZƏRTAC

"Bakı Fond Birjası" QSC (BFB) Avrasiya Fond Birjaları Federasiyasından (FEAS) çıxıb.

BFB-dən AZƏRTAC-a bildiriblər ki, bu qərar QSC səhmdarlarının iyunun 14-də keçirilmiş növbəti illik ümumi yığıncağında təsdiqlənib.

Yığıncaqda QSC-nin 2016-ci il üzrə illik hesabatının (maliyyə hesabatları və idarəetmə hesabatı) təsdiq edilməsi və BFB-nin yeni sədrinin təsdiqi məsələsi müzakirə edilib. QSC-nin 2016-cı il üzrə yekun illik hesabatı (maliyyə və idarəetmə hesabatları) müzakirə olunaraq təsdiqlənib.

Qeyd edək ki, Bakı Fond Birjası 2001-ci ildən etibarən FEAS-ın üzvü olub. Təşkilatda baş verən son tendensiyalar federasiyanın gələcək fəaliyyət perspektivlərini ciddi məhdudlaşdırır, dayanıqlılığını şübhə altına alır, təşkilatın beynəlxalq, o cümlədən regional nüfuzunu və strateji əhəmiyyətini kəskin azaldır. BFB və İstanbul Fond Birjası da daxil olmaqla təşkilatı artıq 7 üzv tərk edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.