İQTİSADİYYAT


Bakı Fond Birjasının dövriyyəsi 2 dəfədən çox azalıb

A+ A

Bakı, 10 oktyabr, AZƏRTAC

Bakı Fond Birjasında (BFB) yanvar-sentyabr aylarında bütün alətlər üzrə keçirilən əqdlərin ümumi həcmi 3 669 929 653,92 manat təşkil edib.

AZƏRTAC BFB-yə istinadla xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə birjada 2,1 dəfə azalma müşahidə olunub. Ötən ilin müvafiq dövründə bu göstərici 7 541 778 843,57 manat olub.

Hesabat dövründə dövlət qiymətli kağızlar bazarı 19 777 808,9 manatdan 380 109 643,9 manata çatıb. Pay bazarı 156 267 956,9 manatdan 26 933 165,9 manata, borc alətləri bazarı 1 576 045 828,29 manatdan 52 737 534,44 manata, törəmə alətlər bazarı 5 675 915 926,02 manatdan 3 208 684 551,42 enib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.