Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Bakı Forumu: tarixi, geosiyasi və mədəni aspektlərdən baxış

Bakı Forumu: tarixi, geosiyasi və mədəni aspektlərdən baxış

V Bakı Beynəlxalq Humanitar Forumu dünya miqyasında böyük marağa səbəb oldu. Bu, tədbir yekunlaşandan sonra onun barəsində ifadə edilən fikirlərdən aydın görünür. Mütəxəssislər və KİV təmsilçiləri Forumun əhəmiyyəti haqqında analizlərini aparırlar. Çox maraqlı qiymətləndirmələrə rast gəlinir. Onlar sübut edirlər ki, Azərbaycanın təşkil etdiyi bu tədbirin dünya miqyasında əhəmiyyəti qəbul edilir, ona ciddi inam bəslənilir. Dünyanın humanizm, ədalət və davamlı inkişaf çərçivəsində inkişaf modelinin müəyyənləşməsi prosesində Bakı Forumu mühüm həlqə hesab edilir. Bu kimi tədbirlərdə faktiki olaraq qlobal davamlı inkişaf və real təhlükəsizlik sisteminin yaradılması ilə bağlı mühüm məqamlar müzakirə olunur. Əhəmiyyətlidir ki, Bakı Forumunda qlobal təhlükəsizliyin humanitar aspektinin bütün sahələri diqqət mərkəzinə gətirilib.

Azərbaycan nümunəsi: tarixin müasirliklə qovuşduğu məkan

Hər ölkənin özünəməxsus dövlətçilik obrazı var. Azərbaycan müstəqillik əldə edəndən bu yana müxtəlif mövzularda regional və qlobal əməkdaşlığa, dialoqa, qarşılıqlı yardıma xidmət edən tədbirlərə ev sahibliyi edib. Onların sırasında Bakı Beynəlxalq Humanitar Forumu xüsusi yer tutur. Ənənəvi olaraq bu mühüm tədbir hər il Azərbaycan paytaxtında keçirilir. Ona dünyanın tanınmış siyasətçiləri, alimləri, ictimai xadimləri, KİV nümayəndələri və müxtəlif peşə sahibləri qatılırlar. Builki tədbirdə isə 13 Nobel mükafatı laureatı iştirak edib. Bunlar adi rəqəmlər deyil - Bakı Beynəlxalq Humanitar Forumunun yüksək səviyyəsi və əhəmiyyətinin təsdiqidir.

Forumda müzakirə edilən məsələlərə nəzər saldıqda, müasir dövr üçün çox aktual olan məqamlara toxunulduğuna əmin oluruq. Onların sırasına multikulturalizmin müxtəlif modellərinin nəzəri müstəvidən humanist təcrübəyə keçidinin fərqli aspektlərinin müzakirəsi daxil idi. Bu məsələ son dərəcə aktualdır, çünki bir sıra inkişaf etmiş ölkələrdə məhdud nəzəri yanaşma üzündən multikultural həyat tərzinin perspektivsizliyi barədə mövqelər mövcuddur. Bakı Forumunda isə multikulturalizmin nəzəri olaraq müxtəlif modellərinin mövcudluğu şəraitində onların konkret humanist tətbiqinin imkanları ciddi analiz obyekti olub.

Başqa mövzu müxtəlif səbəblərdən yaranmış miqrasiya proseslərində insan kapitalının qorunması məsələsi ilə bağlı olub. Hazırda Avropa ölkələri miqrantlara qarşı dözümsüz münasibət göstərir, onların elementar haqlarını belə təmin etmək istəmir. Bu isə, ümumiyyətlə, bəşəri dəyərlərə ziddir. O cümlədən insanın normal həyat şəraitinin təmin edilməsinə və mənəvi inkişafına imkanların yaradılması kimi davamlı inkişaf şərtlərinə uyğun deyil. Bakı Forumunda problemin bu aspekti geniş müzakirə edilib ki, mütəxəssislər ona yüksək qiymət veriblər.

Digər müzakirə mövzusu jurnalistlərin müasir dövrün tələbləri səviyyəsində çalışması məsələsi ilə əlaqədar olub. Ümumi halda bu, jurnalistikanın informasiya dövrünə transformasiyasını ifadə edir. Bu, xüsusilə də sivilizasiyalararası dialoqun təmin edilməsi aspektində son dərəcə ciddi məsələdir. Müasir sosioloqlar (məsələn, Niklas Luman) medianı sosial-mədəni mühitin aparıcı faktoru hesab edirlər. Media kanalı informasiyanı çevik surətdə dünyaya yaya bilir. Deməli, jurnalistlər müxtəlif dinlərə mənsub olanlarla fərqli sivilizasiyalara aid olanlar arasında əlaqələndirici rolunu oynaya bilərlər. Bakı Forumunda bu problemin müxtəlif aspektləri ətraflı müzakirə edilib.

Yuxarıda vurğulananlardan əlavə olaraq, Forumda “Davamlı inkişaf və ekoloji sivilizasiya” və “Molekulyar biologiya, biofizika, biotexnologiya və müasir tibb sahəsində kadr hazırlığı məsələləri: innovativ və etik problemlər” kimi aktual məsələlər diqqət mərkəzində olub. Bu mövzular sosial, iqtisadi, ekoloji, innovativ, humanitar kimi aspektlərin vəhdət halında nəzərdən keçirilməsinə imkan yaradıb. Tədbir iştirakçıları onlara davamlı inkişafın təmin edilməsi kontekstində yanaşıblar.

Təsvir edilən məqamlar V Bakı Beynəlxalq Humanitar Forumunun gündəliyinin zəngin olduğunu, burada geniş təhlillərin aparıldığını göstərir. Həmin mövzulara daha geniş müstəvidə baxdıqda, görürük ki, qlobal təhlükəsizliyin bütün humanitar, sosial, ekoloji, mədəni və mənəvi aspektləri əhatə edilib. Bu, tədbirin strateji məzmunundan xəbər verir. Onu vurğulayaq ki, mütəxəssislər və dünya KİV-i də həmin özəlliyə diqqət çəkməkdədir.

V Forum: alternativ davamlı qlobal inkişaf modeli

Tanınmış tarixçi və politoloq Oleq Kuznetsov jurnalistlərə verdiyi müsahibədə bildirib ki, “Bakı Beynəlxalq Humanitar Forumu öz formatına və nümayəndələrinin səviyyəsinə görə oxşar analoji tədbirlər arasında layiqli yerini tapıb. Hazırda dünyada planetar miqyaslı intellektualların müəyyən dövriliklə ən çox halda on toplantısı keçirilir və onlardan biri Bakı Forumudur... Azərbaycan belə bir beynəlxalq tədbir keçirməklə bütün dünyaya bir daha əyani şəkildə sübut etdi ki, bu ölkə intellektuallar ölkəsidir, onun xalqı dünya humanitar fikrini qiymətləndirməyə qabildir” (bax: Бакинский форум предложил миру альтернативную модель развития человечества / "Day.az", 4 oktyabr 2016).

Rusiyalı alim fikrini konkret tezislə əsaslandırır. O deyir: “Bakı Beynəlxalq Humanitar Forumunun rolu məsələsinə gəldikdə isə, bu rol sadə və eyni zamanda, çox böyükdür. Belə tədbirlər bəşəriyyətin gələcək inkişafı üçün real alternativin mövcud olması faktını göstərir... Bakı Forumu qəbilindən olan tədbirlər belə bir alternativin mövcudluğu faktının əyani göstəricisidir” (bax: əvvəlki mənbəyə).

Etiraf etmək lazımdır ki, həm maraqlı, həm də ədalətli fikirdir. Bakı Forumunun, ümumiyyətlə, bəşərin davamlı inkişafının müzakirə meydanı kimi nəzərdən keçirilməsi bütövlükdə Azərbaycan rəhbərliyinin həyata keçirdiyi siyasətin real mahiyyətinin dərk edilməsi deməkdir. Məsələnin bu aspekti olduqca böyük əhəmiyyət kəsb edir.

Maraqlıdır ki, Avropa mətbuatı da Foruma ciddi yer verib. İtaliyanın “Adn Kronos International SRL” agentliyi “İlham Əliyev: “Multikulturalizm sülhün açarıdır” adlı yazı dərc edib. Burada Azərbaycan Prezidentinin tədbirdə söylədiyi nitqin müxtəlif aspektləri təhlil olunub (bax: V Bakı Beynəlxalq Humanitar Forumu İtaliya mətbuatının diqqətində / AZƏRTAC, 5 oktyabr 2016).

“Il Giornale" qəzetində nəşr edilən “Multikulturalizmə təhdidlər” adlı məqalədə isə Azərbaycanın dünya multikulturalizminə verdiyi töhfələrdən bəhs edilir. Həmin bağlılıqda V Bakı Beynəlxalq Humanitar Forumunun qlobal əməkdaşlığa verdiyi faydalardan və əhəmiyyətindən söz açılır. Domeniko Letisiyanın məqalələrində də çox maraqlı məqamlara toxunulub. O, "L`Opinione" qəzetində “Bakı multikulturalizmin paytaxtı” adlı yazı çap etdirib. Əlavə olaraq “Il Monito” analitik-informasiya portalına “Multikulturalizm radikalizmə qarşı cavab kimi” adlı məqalə də yazıb. Bu yazılarda müəllif Azərbaycanın dünyada tolerantlıq nümunəsi olduğu fikrini oxuculara çatdırır. Digər KİV orqanlarında da Bakı Forumuna aid maraqlı analizlər verilib. Belə görünür ki, Avropa mediasında bu mövzu kifayət qədər rezonans doğurub (bax: əvvəlki mənbəyə).

Bunlar başqa aspektlərlə yanaşı, Azərbaycanın qlobal siyasətə verdiyi töhfələr kontekstində də son dərəcə vacib məqamlardır. Bakı Humanitar Forumu Azərbaycanın Qərblə Şərq arasında multikultural məkan rolunu oynamaq imkanının əyani göstəricisidir. Artıq dünya siyasətçiləri qəbul edirlər ki, Azərbaycan qlobal enerji, nəqliyyat və iqtisadiyyat sahələrində təhlükəsizliyə əhəmiyyətli səmərə verən ölkədir. Bunlara mədəniyyətlər, dinlər və sivilizasiyalar arasında əməkdaşlıq aspektinin də əlavə olunması tarixi olaydır.

Çünki bu o deməkdir ki, Azərbaycan XXI əsrin tələbləri səviyyəsində sivil, demokratik, azad, sülhpərvər və xeyirxah bir dövlət qurur. Bu yolda onun uğurları getdikcə artır. Hətta o dərəcədə ki, artıq Azərbaycan nümunəsindən ən inkişaf etmiş ölkələrin belə istifadə etməsi zərurətindən bəhs edilir. Bunun ən gözəl və əyani təsdiqlərindən biri məhz V Bakı Beynəlxalq Humanitar Forumu oldu. Həmin mənada bu tədbir tarixi hadisədir. Xüsusilə gənc nəslin bunu dərk etməsi olduqca vacibdir və Forumun təbliği və təşviqində bu məqamın ciddi surətdə nəzərə alınması faydalı olardı.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ön təkəri partlayan mülki təyyarə Antalya hava limanında gövdəsi üstə enib

Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub

Serbiya və Çin arasında 28 sənəd imzalanıb

Lənkəranda əməliyyat zamanı saxlanılan narkokuryerdən 22 kiloqram marixuana aşkar olunub

Vladimir Putin: İkinci Dünya müharibəsi ilə bağlı həqiqət öz siyasətini riyakarlıq üzərində quranlara mane olur

İdman gimnastikası üzrə açıq Bakı çempionatı və paytaxt birinciliyi start götürüb

İcma: Fransadan regionda vəziyyəti gərginləşdirməməyi və sülhə maneə olmamağı tələb edirik

“AzərEnerji” Ulu Öndər Heydər Əliyevlə bağlı tədbirlər keçirib

Moskvada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Devid Kemeron: Britaniya və NATO müdafiəyə daha çox pul xərcləməlidir

Mayın 10-da paytaxtda 23, bəzi yerlərdə isə 25 dərəcə isti olacaq

İngiltərədə terrorda şübhəli bilinən 3 nəfər saxlanılıb

Fərid Qayıbov: Minifutbol turnirinin keçirilməsi Azərbaycan futbolunun gələcəyinə böyük töhfə verəcək

Sabah Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq

Moskvada hərbi parad keçirilir

Azərbaycan-Bolqarıstan əməkdaşlığında bütün sahələr üzrə göstəricilər yüksəlir - ŞƏRH

Azərbaycanın voleybol millisi Sloveniyaya yollanıb

Türkiyənin Hacettepe Universiteti ilə Azərbaycanın ali təhsil ocaqları arasında əməkdaşlıq genişləndiriləcək

Faktiki hava açıqlanıb: Şahdağda qar, Xınalıqda isə sulu qar yağıb

® Xırdalan 0.0 Futbol Millisinin alkoqolsuz sponsoru oldu

İncəsənət xadimləri Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görüldülər - SƏRƏNCAM

Bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin fərdi təqaüdü verildi - SƏRƏNCAM

İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Mayın 10-11-də Astara rayon sakinlərinə oftalmoloji xidmət göstəriləcək

Milli Kitabxanada 9 - May Faşizm üzərində Qələbə Günü münasibətilə elektron məlumat bazası təqdim edilib

Azərbaycanın 4 güləşçisi lisenziya turnirində mübarizəyə başlayır

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva faşizm üzərində Qələbə uğrunda həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

“Sizin Makedoniya” koalisiyasının nümayəndəsi: Nəticələr hökumətin ilk 100 günü ərzində nümayiş etdiriləcək

Onlayn alış-veriş edənləri dələduzluq yolu ilə aldadan şəxs saxlanılıb

Heydər Əliyevin fəaliyyəti daim xalqın, dövlətin mənafeyinə xidmət edib

Mehriban Əliyeva 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib

AZPROMO rəsmisi: ADA və Boloniya universitetlərinin əməkdaşlığının kənd təsərrüfatına töhfələr verəcəyinə inanırıq

İordaniya mətbuatı Ümummilli Liderin 101-ci ildönümü barədə yazır

Alman faşizmi üzərində qələbədən 79 il ötür

İordaniyada Ulu Öndərin 101 illiyi münasibətilə ağacəkmə aksiyası təşkil olunub

Mütəxəssislər xəbərdarlıq edirlər: Süni intellekt sosial nizamı məhv edə bilər

Avropa İttifaqı göyöskürəyin sürətlə yayılması ilə bağlı xəbərdarlıq edir

İsveçrədə keçiriləcək Ukrayna üzrə konfransın iştirakçılarının siyahısı artır

Meksika Prezidenti: Ölkədə elektrik enerjisinin kəsilməsi rekord isti hava ilə əlaqədardır

Piylənmə uşaqlarda insulin müqavimətinə səbəb ola bilər

Ukraynada ağır cinayət törətməmiş məhbuslar səfərbərliyə cəlb olunacaqlar

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

Britaniyada növbəti deputat Leyboristlər Partiyasına keçib

Nəcəf Cəfərli: ADA Universitetinin dəstəyi ilə “MacFrut” sərgisində iştirak edirik

İnkişafa və sabitliyə hesablanan Azərbaycan-Slovakiya əməkdaşlığı ŞƏRH

Çempionlar Liqası: “Real Madrid” geri dönüş edərək finala yüksəlib

Səfir: ADA və Bolonya universitetlərinin birgə layihəsi kənd təsərrüfatı mütəxəssislərin hazırlanmasında xüsusi önəm daşıyır

Kubada Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə tədbir təşkil edilib

Konfrans Liqasında ilk finalçı bəlli olub

Rusiyanın Londondakı hərbi attaşesi ölkədən çıxarılıb

“Paris 2024” Yay Olimpiya Oyunlarının məşəli Marselə gətirilib

Azərbaycan Basketbol Liqası: “Xəzri” seriyanın ilk oyununda qalib gəlib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Abşeron rayonunda qeyd edilib

Xətai rayonunda Milli Qəhrəman İlqar Mirzəyevin büstünün açılışı olub

Ermənistan KTMT-ni maliyyələşdirməkdən imtina edib

Pentaqon: ABŞ qoşunları Nigerdən çıxarılacaq

Vüqar Dəmirbəylinin Dəli Alı haqqında tarixi romanı çapdan çıxıb

Sumqayıtda özünü qazi kimi təqdim edən dələduz saxlanılıb

ABŞ-ın müdafiə naziri İsrailə silah tədarükünün təxirə salındığını təsdiqləyib

“Azərpoçt” sabah xüsusi rejimdə fəaliyyət göstərəcək

Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsinin yaranması günü qeyd edilib

Marneulidə ADA Universitetinin soydaşlarımız üçün təklif etdiyi magistr proqramlarının təqdimatı keçirilib

Masallıda Ümummilli Liderin həssas kateqoriyadan olanlara daim xüsusi qayğı ilə yanaşdığı xatırlanıb

Moskvada Avrasiya İqtisadi İttifaqının yubiley sammiti keçirilir

Türkiyə və Azərbaycan prezidentlərinin qətiyyəti, iradəsi və dostluğu əməkdaşlığın təşviqində həlledici rol oynayır

Ankarada Azərbaycan-Türkiyə biznes forumu keçirilib VİDEO

Ali Məclisin plenar iclasında hökumətin hesabatı dinlənilib

Azərbaycanda “Qızıl Şah” IV Milli Kulinariya Çempionatı keçiriləcək

Marneulidə “Əsrin yadigarı – Heydər Əliyev” kitabının təqdimatı keçirilib

“Peşəkarlarla görüş”də qida sahəsində gigiyena tələbləri barədə məlumat verilib

Azərbaycan-İsrail əməkdaşlığının cari vəziyyəti və perspektivləri müzakirə edilib

Naxçıvanda Kitab festivalı keçirilir

Faşizm üzərində Qələbədə Azərbaycan xalqının və Bakı neftinin böyük rolu olub - RƏY

Bolqarıstanın sabiq nazir müavini: Bizim üçün Azərbaycan qazının tədarükünün artırılması enerji təhlükəsizliyimizin açarıdır - MÜSAHİBƏ

Qida Təhlükəsizliyi Agentliyi COP29 tədbiri ilə bağlı növbəti təlim keçirib

“Le Figaro”: Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər

DGK: Avtomobil ehtiyat hissələrinin qanunsuz gətirilməsinin qarşısı alınıb

“Heydər Əliyev və elmi potensialın inkişaf dinamikası” - respublika elmi konfransı

Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konfrans

Seysmoloji Xidmət Mərkəzində Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Azərbaycan tikinti şirkətlərinin İraqda aparılan quruculuq işlərində iştirakı müzakirə edilib

Azərbaycan Çində beynəlxalq mədəniyyət festivalında təmsil olunub

10 May: məziyyəti, məsuliyyəti, müjdəsi...

İlahiyyat İnstitutunun əməkdaşı Gürcüstanda beynəlxalq elmi konfransda iştirak edib

Gürcüstan DİN ölkədə aksiya keçirmək istəyənlərə sərt xəbərdarlıq edib

Sabah “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq

Naxçıvanda Ulu Öndərin 101 illiyi və Naxçıvanın 100 illiyi ilə bağlı konfrans və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Beynəlxalq İşəgötürənlər Təşkilatı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlıq müzakirə edilib

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü COP29-a dəvət olunub

YAP Mərkəzi Aparatında Vyetnam-Azərbaycan və Laos-Azərbaycan dostluq qruplarının üzvləri ilə görüş olub

Sloveniyada Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin xatirəsi anılıb

Əqli Mülkiyyət Agentliyində Sənaye Mülkiyyəti Obyektlərinin “Açıq reyestri”nin fəaliyyəti yenilənib

Gürcüstanda təbii fəlakət nəticəsində bir nəfər ölüb, bir nəfər itkin düşüb

Dərman müalicəsinin nanohissəciklərlə dəyişdirilməsi istiqamətində tədqiqatlar aparılır

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilib VİDEO

Heydər Əliyev irsində Azərbaycan tarixinin aktual məsələləri – dəyirmi masa