MƏDƏNİYYƏT
Bakı İncəsənət Mərkəzində balaca rəssamın fərdi sərgisi açılacaq
Bakı, 12 iyun, AZƏRTAC
İyunun 15-də “Yeni Gallery” Bakı İncəsənət Mərkəzində balaca rəssam Selin Nəcəfbəylinin “İlham” adlı fərdi yaradıcılıq sərgisi açılacaq.
Bakı İncəsənət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, rəngkarlıq əsərlərindən ibarət sərgi iyunun 17-dək davam edəcək.
Rəssamlıq duyğusu Selin Nəcəfbəylinin aləminə kitablarla bir ayaq açıb. Oxuduqlarını öz təxəyyülündə özünəməxsus şəkildə canlandırmağa can atıb. Elə həmin anlardan kağız və qələmlər ən yaxın sirdaşlarına çevrilib. Zəngin fantaziyası, duyduqlarını acıb insanlara söyləmək arzusu onun mənən püxtələşməsinə, formalaşmasına zəmin yaradıb. 10 yaşlı Selin bir çox beynəlxalq, yerli müsabiqələrdə, sərgilərdə uğurlar qazanıb, fəxri yerlər tutub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [16:38]
İstiqlal Muzeyində “Narkomaniyaya yox deyək!” adlı tədbir keçirilib
- 25.04.2024 [16:06]
“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub
- 25.04.2024 [16:03]
Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”
- 25.04.2024 [15:56]
Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır
- 25.04.2024 [14:53]
Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər
- 25.04.2024 [12:51]
“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda
- 25.04.2024 [12:40]