CƏMİYYƏT


Bakı İslam Universitetinin ixtisasları üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər dini-psixoloji komissiyadan keçməlidirlər

A+ A

Bakı, 15 avqust, AZƏRTAC

Bakı İslam Universitetinin ixtisasları üzrə müsabiqəyə III ixtisas qrupu üzrə qəbul imtahanında topladığı ümumi balı 100-dən az olmayan (fənlər üzrə cavablara nisbi bal məhdudiyyəti tətbiq edilmir) və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən bu təhsil ocağında təşkil edilmiş dini-psixoloji komissiyada qeydiyyatdan keçən abituriyentlər buraxılırlar.

TQDK-dan AZƏRTAC-a bildiriblər ki, Dini-Psixoloji Komissiya yenidən Bakı İslam Universitetində avqustun 15-dən 17-dək saat 09:00-dan 13:00-dək fəaliyyət göstərəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.