SİYASƏT


Bakı Konqresinin birinci sessiyasında “Xəbər istehlakının gələcəyi” mövzusu müzakirə edilib VİDEO

A+ A

Bakı, 16 noyabr, AZƏRTAC

Noyabrın 16-da Bakıda, Heydər Əliyev Mərkəzində işə başlayan Dünya Xəbər Agentliklərinin V Konqresi çərçivəsində “Xəbər istehlakının gələcəyi” mövzusunda birinci sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, sessiyaya moderatorluq edən Dünya Xəbər Agentlikləri Konqresi Şurasının (NACO) prezidenti, Böyük Britaniyanın Press Association agentliyinin baş icraçı direktoru Klayv MARŞAL bu panelin gündəliyində duran məsələlərdən danışıb. Bildirilib ki, müzakirələrin xəbər istehlakının gələcəyi ilə bağlı problemlərə yönəldildiyi bu sessiya informasiya sənayesində tələb və təklifin mütənasibliyi məsələsinə həsr olunub.

“News Corp” media şirkətinin redaktə şəbəkəsinin direktoru Alan Oakley çıxış edərək bildirib ki, bu gün xəbərlər sistemində böyük dəyişikliklər baş verib. Yeni internet qəzetləri və platformaları formalaşıb. Bütün bunlar bizim həyatımıza təsir edən xəbərləri əks etdirir.

Sessiyada, həmçinin “Al Arabiya” televiziyasının baş direktoru Turki Al-Dakhil, “Axel Springer” media şirkətinin qlobal şəbəkə departamentinin rəhbəri Romanus Otte, “Stibo Accelerator” şirkətinin direktoru Kim Svendsen və AZƏRTAC-ın ABŞ üzrə xüsusi müxbiri Yusif Babanlı xəbər istehlakının gələcəyi ilə bağlı qarşıda duran vəzifələrdən danışıblar.

Birinci sessiyada kommunikasiya texnologiyalarının və informasiyanın ictimaiyyət tərəfindən qəbul edilməsinin yeni vasitələri, xəbərin seçilmiş və ya ümumi auditoriyaya çatdırılması yolları ilə bağlı təcrübə və fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.