MƏDƏNİYYƏT


Bakı Konqresinin iştirakçılarına maraqlı konsert proqramı təqdim edilib VİDEO

A+ A

Bakı, 17 noyabr, AZƏRTAC

Heydər Əliyev Fondunun və AZƏRTAC-ın təşkilatçılığı ilə Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) iştirakçıları üçün noyabrın 17-də mədəni proqram təşkil edilib.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində təqdim olunan konsertdə Ü.Hacıbəyli, F.Əmirov, V.Mustafazadə, R.Hacıyev və digər Azərbaycan bəstəkarlarının musiqiləri, xalq mahnı və rəqsləri, həmçinin dünya bəstəkarlarından F.List, G.Hendel, C.Puççini, F.Kreysler, V.Montinin əsərləri səsləndirilib.

Əsərləri Samir Cəfərov, Nigar Şabanova, Ehtiram Hüseynov, Çinarə Heydərova, Sahib Paşazadə, Ümidə Abbasova, İlham Nəzərov, Afaq Abbasova və Azərbaycanın digər tanınmış musiqiçi və xanəndələri ifa edib.

Konsert proqramı qonaqlarda xoş ovqat yaradıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.