İQTİSADİYYAT


Bakı Limanı birinci fazası yekunlaşdıqdan sonra eyni anda 11 gəmi qəbul edə biləcək

Bakı, 8 iyun, Elvin Camalov, Samirə Quliyeva, AZƏRTAC 

Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının birinci fazası yekunlaşdıqdan sonra Bakı Limanı eyni anda 11 gəmi qəbul etmək imkanına malik olacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Baş Əməliyyat direktoru Yevgeni Si iyunun 8-də Azərbaycan-Avropa İttifaqı biznes-forumu çərçivəsində keçirilən “Nəqliyyat və Logistika” adlı paneldə deyib.

O bildirib ki, hazırda Bakı Limanı eyni anda iki gəmi qəbul edə bilir. Ancaq birinci mərhələ yekunlaşdıqdan sonra bu gəmilərin sayı 11-ə çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.