CƏMİYYƏT


Bakı Limanı limançı şəhidlərin xatirəsinə həsr olunmuş abidə ucaltmaq niyyətindədir

A+ A

Bakı, 2 iyul, Elvin Camalov, AZƏRTAC

Bakı Limanı Əsas yük terminalında Qarabağ döyüşlərində Vətənin azadlığı uğrunda canını qurban vermiş limançı şəhidlərin xatirəsinə həsr olunmuş abidə ucaltmaq niyyətindədir.

Bu məqsədlə Bakı Limanı heykəltəraşlar və həvəskar yaradıcı şəxslər üçün müsabiqə elan edib.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müsabiqədə bütün peşəkar və həvəskar yaradıcı şəxslər iştirak edə bilərlər. İştirakçıların eskizlərini peşəkar və tanınmış heykəltəraşlardan ibarət münsiflər heyəti qiymətləndirəcək və qaliblər müəyyən olunacaq. Abidənin ucaldılması üçün forma və ya dizaynla bağlı təklif və eskizlərin bölüşdürülməsi təklif olunur.

Qeyd edək ki, monumentin hazırlanması üçün material, ölçü və miqyas barədə dəqiq bir tələb yoxdur. Hər bir iştirakçı öz versiyasını göndərə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.