İQTİSADİYYAT


Bakı Limanı və İndoneziya Liman Korporasiyası arasında Anlaşma Memorandumu imzalanıb

Bakı, 11 may, Elvin Camalov, AZƏRTAC

Bakı Limanı və İndoneziya Liman Korporasiyası arasında Anlaşma Memorandumu imzalanıb. İmzalanma İndoneziyanın Bali şəhərində keçirilən Beynəlxalq Limanlar Assosiasiyasının illik konfransında həyata keçirilib.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Bakı Limanının nümayəndə heyəti 90 ölkədən 300-dən çox liman nümayəndələrini özündə birləşdirən Beynəlxalq Limanlar Assosiasiyasının (International Association of Port and Harbors - IAPH) mayın 8-dən 12-nə kimi İndoneziyanın Bali şəhərində keçirilən illik konfransında iştirak edir.

Mayın 10-da tədbirin açılış mərasimində İndoneziya Liman Korporasiyasının II icraçı direktoru Elvyn G. Masassya və Beynəlxalq Limanlar Assosiasiyasının prezidenti Santiaqo Qarsiya-Mila da iştirak edib.

Tədbir çərçivəsində keçirilən beynəlxalq sərginin açılış mərasimi baş tutub. İndoneziyanın dənizçilik məsələləri üzrə naziri Luhut Binsar Panjaitanda Bakı Limanının stendinə yaxınlaşaraq limanın fəaliyyəti ilə maraqlanıb. Tədbirə qatılan 1000-ə yaxın qonaq Bakı Limanının stendi ilə tanış olub, onlara limanın fəaliyyəti, qurulmaqda olan Ələt Azad Ticarət Zonası, hab konsepsiyası və sair barədə ətraflı məlumat verilib.

Konfrans çərçivəsində Bakı Limanına həsr olunmuş mətbuat-konfransı keçirilib və eyni zamanda Bakı Limanı və İndoneziya Liman Korporasiyası arasında Anlaşma Memorandumu imzalanıb. Azərbaycanın İndoneziyadakı səfiri Tamerlan Qarayev də tədbirlərdə iştirak edib.

Eyni zamanda, mayın 10-da keçirilmiş sessiyada Bakı Limanının baş direktoru Taleh Ziyadov “Azərbaycanın böyük hab ideyasının Avrasiyada bağlantıya təsiri” mövzusunda çıxış edib.

Mayın 12-nə kimi davam edəcək konfransda Bakı Limanı əməkdaşlarının bir sıra seminar və forumlarda çıxışları nəzərdə tutulub.

Xatırladaq ki, 2018-ci il mayın 8-11-də Beynəlxalq Limanlar Assosiasiyasının toplantısı Bakıda keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.