İQTİSADİYYAT


Bakı Limanının tikintisi üzrə işlərin 60-65 faizi tamamlanıb

Bakı, 16 dekabr, AZƏRTAC

Bakı Limanının tikintisi qrafikə uyğun davam etdirilir. Birinci mərhələdə nəzərdə tutulmuş bütün işlər gələn ilin sonunadək tamamlanacaq. Limanın tikintisi üzrə işlərin 60-65 faizi tamamlanıb, 40 faizi isə gələn il başa çatacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov deyib.

“Ötən il qlobal maliyyə böhranı səbəbindən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı üzrə aşırımın həcmində azalma müşahidə olunub. Bu il liman üzərindən aşırılan yüklərin həcminin 4 milyon tonu keçəcəyi gözlənilir. Gələcəkdə bu artım dinamikası müşahidə olunacaq”, - deyə T.Ziyadov əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.