CƏMİYYƏT


“Bakı Metropoliteni” QSC Bilik günü ilə əlaqədar sosial layihə həyata keçirib VİDEO

A+ A

Bakı, 15 sentyabr, Elvin Camalov, AZƏRTAC

15 sentyabr – Bilik günü ilə əlaqədar “Bakı Metropoliteni” QSC daha bir sosial layihə həyata keçirib.

AZƏRTAC xəbər verir ki, “Elmlər Akademiyası” metro stansiyasının təmirdən sonra istifadəyə verilən əsas çıxışında balaca məktəblilər üçün sentyabrın 15-də yeni tədris ilinin başlanması ilə bağlı tədbir keçirilib.

Tədbirdə metropoliten işçiləri birinci sinifə qədəm qoyan şagirdləri qarşılayıb və onlara sürpriz hazırlayıb. Belə ki, metropoliten işçiləri “Elmlər Akademiyası” stansiyasından istifadə edən birincilərə hazırladıqları sualları veriblər. Suallar, tapmacalar, metro stansiyaları və Azərbaycanın şifahi xalq ədəbiyyatına aid olub. Sualların cavabını tapan balaca sərnişinlərə metropoliten əməkdaşları tərəfindən hədiyyələr təqdim edilib.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, tədbir günün sonuna qədər davam edəcək. Gün ərzində stansiyadan istifadə edən 1-ci sinif şagirdlərini metropoliten əməkdaşları qarşılayacaq, onları bilik günü münasibətilə təbrik edəcək və balaca sərnişinlərə hədiyyələr verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.