CƏMİYYƏT


“Bakı Metropoliteni” QSC idmançılarımıza dəstək aksiyasına start verib

A+ A

Bakı, 28 iyul, AZƏRTAC

İyulun 27-dən Bakı metropoliteninin stansiyalarında XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinə dəstək aksiyasına start verilib.

Bu barədə AZƏRTAC-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

O bildirib ki, bu sosial layihə çərçivəsində metronun “Elmlər Akademiyasi”, “Nizami”, “28 May”, “Sahil”, “Koroğlu”, “Əhmədli” və “Həzi Aslanov” stansiyalarında avqustun 5-də Braziliyanın Rio-de-Janeyro şəhərində başlayacaq XXXI Yay Olimpiya və Paralimpiya Oyunlarının rəmzlərini əks etdirən lövhələr yerləşdirilib.

Belə bir aksiyanın təşkil edilməsində məqsəd Azərbaycan Olimpiya komandasının üzvü olan 56 olimpiyaçıya, eyni zamanda, “Rio-2016” Olimpiadasından sonra start götürəcək Paralimpiya Oyunlarında iştirak edəcək təmsilçilərimizə ölkəmizi ləyaqətlə təmsil etmələrinə və Vətənə böyük qələbələrlə qayıtmalarına dəstək olmaqdır.

Xatırladaq ki, “Bakı Metropoliteni” QSC belə bir aksiyanı ötən il birinci Avropa Oyunları ilə bağlı da keçirmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.