İQTİSADİYYAT


“Bakı Metropoliteni” QSC növbəti ödənişsiz kurs elan edir

A+ A

Bakı, 27 iyul, AZƏRTAC

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti növbəti ödənişsiz kurs elan edir.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev AZƏRTAC-a məlumat verib.

O bildirib ki, kurslar qatarların qəbulu və yola salınması üzrə növbətçi peşəsi üzrə təşkil edilir. Kurs bir ay müddətində davam edəcək. Kursu müvəffəqiyyətlə bitirənlər “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin hərəkət xidmətində müvafiq peşə üzrə işlə təmin ediləcək.

Kursda iştirak edən xanımların yaş həddi 18-30 arası, boyu isə minimum 170 santimetr olmalıdır. Kursa qəbul olunan xanımların orta təhsilli olmaları, Azərbaycan dilini əla səviyyədə bilmələri, Bakı şəhərində qeydiyyatda olmaları tələb edilir.

Kursa cəlb ediləcək oğlanlar üçün isə tələblər aşağıdakılardır: 22-30 yaş arası, boy minimum 170 santimetr, hərbi mükəlləfiyyət, ali texniki təhsil. Kursa müraciət edənlər Azərbaycan dilini mükəmməl bilməli, Bakı şəhərində qeydiyyatda olmalıdır.

Kursda iştirak etmək istəyənlər “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə daxil olub elektron müraciət formasını doldurmalıdırlar.

Anket doldurularkən “İşləmək istədiyiniz işin adı” xanasına “Qatarın qəbulu və yola salınması üzrə növbətçi” peşəsinin qeyd edilməsi zəruridir.

Müraciət üçün son tarix avqustun 5-nə nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.