İQTİSADİYYAT
Bakı Metropoliteni gün ərzində orta hesabla 550 min sərnişin daşıyır
Bakı, 31 oktyabr, AZƏRTAC
Bakı şəhərində sərnişindaşımanın təqribən 30 faizi metronun payına düşür.
Bu barədə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov məlumat verib.
Gün ərzində metro ilə orta hesabla 550 min sərnişinin daşındığını bildirən Z.Hüseynov qeyd edib ki, maksimum göstərici 700 mindən çoxdur. Hazırda metroda sərnişin sıxlığı kifayət qədər yüksəkdir və metroya üstünlük verən sərnişinlərin sayı ilbəil artır. Odur ki, qabaqlayıcı tədbirlər görülməkdədir. Yeni xətlərin və stansiyaların tikintisi bu sektorun inkişafına və gələcək çətinliklərin qarşısının alınmasına zəmin yaradır. Yeni xətlərin və stansiyaların istifadəyə verilməsindən sonra paytaxt nəqliyyatında sərnişindaşıma baxımından metronun əhəmiyyəti daha da artacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]