İQTİSADİYYAT


Bakı Metropoliteninin əməkdaşlarına kadr işinin təşkilinə dair bir aylıq təlim keçirilib

A+ A

Bakı, 20 oktyabr, Elvin Camalov, AZƏRTAC

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin insan resursları şöbəsinin əməkdaşlarına əmək qanunvericiliyi və kadr işinin təşkilinə dair bir aylıq təlim keçirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

O bildirib ki, təlimin keçirilməsində məqsəd insan resurslarının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə yeniliklərin tətbiqidir.

Müəssisənin təlim-tədris mərkəzində “Əmək qanunvericiliyi və kadr işinin təşkili” mövzusunda 20 saatlıq praktiki təlimi bu sahə üzrə ixtisaslı mütəxəssis Rauf Məmmədov keçib. Təlimdə əmək qanunvericiliyi, BƏT konvensiyalarının Azərbaycan əmək qanunvericiliyində yeri, işçinin və işəgötürənin hüquq və vəzifələri, əmək qanunvericiliyinin pozulmasına görə cərimələr, kollektiv müqavilə, əmək müqaviləsi, intizam tənbehi və verilmə qaydası, şəxsi işlərin saxlanması və istifadə qaydaları, məşğulluq hesabatları, iş və istirahət vaxtı işçinin əməkhaqqı və məzuniyyət hüququnun tənzimlənməsi, məzuniyyət və onun növləri, əməkhaqqının hesablanması, insan resurslarına dair tələblərin müəyyənləşdirilməsi və insan resurslarının effektiv idarə olunması ilə bağlı digər mövzular müzakirə olunub.

Təlimi müvəffəqiyyətlə bitirən əməkdaşlara sertifikatlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.