İQTİSADİYYAT
Bakı Metropoliteninin yeni stansiyaları ən müasir texnologiya əsasında qurulacaq VİDEO
Bakı, 11 avqust (AZƏRTAC, Ceyhun Rüstəmov). Bakı Metropoliteninin yeni stansiyaları həm görünüşü, həm də təchizatı baxımından mövcud stansiyalardan əsaslı surətdə fərqlənəcək.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev AZƏRTAC-a bildirib ki, yeni stansiyalar 7 vaqondan ibarət qatarlar üçün nəzərdə tutulub. Bu stansiyaların platformaları, vestibülləri, eskalatorlar, eləcə də elektrik təchizatı, işarəvermə və idarəetmə avadanlıqları ən müasir texnologiya əsasında qurulacaq. Artıq bununla bağlı Fransa şirkətləri ilə anlaşma memorandumu imzalanıb.
Belə ki, “Alstom Transport SA” şirkəti Bakı Metropolitenini müasir vaqonlarla təmin edəcək, “Bouygues Travaux Publics. LLS” “28 May” stansiyasının yenidən qurulmasını, o cümlədən bir neçə stansiyanın inşasını həyata keçirəcək, “THALES S.A” şirkəti isə “Bənövşəyi” xəttin üzərində tikiləcək stansiyalarda son texnoloji işarəvermə və idarəetmə sistemləri quraşdıracaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]