İQTİSADİYYAT
Bakı Metrosu bir ildə 215,5 milyon nəfərə xidmət göstərib
Bakı, 1 fevral, AZƏRTAC
Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 2014-cü ildə 4,3 faiz artaraq 215,5 milyon nəfər olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında məlumat verilib.
Hesabatda, həmçinin bildirilib ki, Azərbaycanın nəqliyyat sektorunda daşımaların həcminə görə ən böyük paya malik avtomobil nəqliyyatı ilə 2014-cü ildə 128,6 milyon ton yük, 1,6 milyard sərnişin daşınıb. Beləliklə, 2013-cü illə müqayisədə müvafiq olaraq 2,7 və 4,8 faiz artım qeydə alınıb.
Sərnişinlərin 96,3 faizi avtobus, 3,7 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 2,8 faiz, sərnişin dövriyyəsi isə 5,1 faiz artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]