ELM VƏ TƏHSİL


Bakı Mühəndislik Universiteti Riqa Stokholm İqtisad Məktəbi ilə əməkdaşlıq edəcək

Bakı, 4 iyul, AZƏRTAC 

Riqa Stokholm İqtisad Məktəbinin rektoru Anders Paalzov və həmin məktəbin departament direktoru Nellija Titova Bakı Mühəndislik Universitetində (BMU) olublar.

BMU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə universitetin rektoru, professor Havar Məmmədov rəhbərlik etdiyi ali məktəbin ixtisasları, maddi-texniki bazası barədə ətraflı məlumat verib. Qeyd edilib ki, BMU təhsil sahəsində beynəlxalq əlaqələrin genişləndirilməsinə xüsusi önəm verir.

Görüşdən məmnunluğunu bildirən A.Paalzov deyib ki, Riqa Stokholm İqtisad Məktəbinin missiyası iqtisadiyyat və biznes sahələrində ən müasir, xüsusən də ölkələrin iqtisadi və sosial inkişafına təkan verən təhsili təmin etməkdir. Məktəbdə ABŞ, Almaniya, Danimarka, İsveç və digər ölkələrdən olan mühazirəçilər çalışırlar.

Qonaq BMU ilə əməkdaşlıq etmək, təhsil proqramlarını əks etdirən layihələr reallaşdırmaq arzusunda olduqlarını bildirib.

Sonra texnoparkın müdiri Samir Məmmədov burada həyata keçirilən layihələr haqqında qonaqlara ətraflı məlumat verib.

Riqalı qonaqlar universitetin tədris şəraiti ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.