REGİONLAR


Bakı Mühəndislik Universitetində Respublika Günü qeyd edilib

Xırdalan, 26 may, AZƏRTAC 

Bakı Mühəndislik Universitetində (BMU) 28 May - Respublika Gününə həsr olunmuş “Yurdum-yuvam məskənimsən” adlı tədbir keçirilib.

Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Daha sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Universitetdən AZƏRTAC –a bildirilib ki, tədbirdə BMU-nun rektoru, professor Havar Məmmədov müəllim və tələbələri Respublika Günü münasibətilə təbrik edib. O, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən, 23 aydan sonra süquta uğramasının səbəblərindən bəhs edib. Rektor müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında, inkişafında və dünyada tanınmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan xalqı özünün siyasi, iqtisadi, mədəni intellektual potensialından və SSRİ-nin dağılması ilə əlaqədar yaranan əlverişli tarixi şəraitdən istifadə etməklə 1991-ci ildə milli iradəsini ortaya qoyub, yenidən istiqlalına qovuşaraq müstəqil dövlətini bərpa edib və BMT üzvü olan müstəqil dövlətlər sırasına qoşulub.

Bu gün Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi kursunu davam etdirməklə yanaşı, ölkəmizi inkişaf etdirir. Hazırda respublika öz inkişafının keçid dövrünü başa vuraraq sosial-iqtisadi, mənəvi sahələrdə yeni mərhələyə qədəm qoyub.

Rəhbərlik etdiyi ali məktəbin fəaliyyətindən söz açan rektor bildirib ki, ölkəmizin çiçəklənməsi ilə yanaşı, BMU da inkişaf etməkdədir. Universitetin tələbələri dünya və yerli olimpiadalarda iştirak edir, böyük nailiyyətlər əldə edirlər.

Tədbir universitetin tələbələrindən ibarət rəqs, xor kollektivlərinin çıxışı ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.