MƏDƏNİYYƏT


Bakı Musiqi Akademiyasında İtaliya və Azərbaycan musiqiçiləri birgə konsert verəcək

A+ A

Bakı, 24 oktyabr, AZƏRTAC

Oktyabrın 27-də Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) konsert keçiriləcək.

BMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konsert Bakı Musiqi Akademiyası, İtaliyanın Espressione D`Arte Assosiasiyası və Luigi Cherubini Konservatoriyasının birgə əməkdaşlıq layihəsi çərçivəsində reallaşacaq.

İtaliya və Azərbaycan musiqi mədəniyyəti və təhsilinin mübadiləsinə əsaslanan layihənin məqsədi tələbə və müəllimlərin mübadilə proqramı və konservatoriyalar arasında təhsil əlaqələrinin inkişafına yönəlib.

Konsertdə solistlər - Pierluigi Ruggiero (cello), Leonardo De Lisi (tenor), Daria Neçayeva (violin), Giuseppe Sturaçe (tenor) və Azərbaycanın Xalq Artisti, professor Yeganə Axundova (piano) çıxış edəcəklər.

Proqramda F.P.Tosti, B.Bartok, F.List, C.Hacıyev və Ü.Hacıbəylinin əsərləri səslənəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.