MƏDƏNİYYƏT


Bakı Musiqi Akademiyasında İtaliya və Azərbaycan musiqiçilərinin birgə konserti olub

A+ A

Bakı, 27 oktyabr, Aynur İsmayılova, AZƏRTAC

Oktyabrın 27-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında konsert keçirilib.

AZƏRTAC xəbər verir ki, konsert Bakı Musiqi Akademiyası, İtaliyanın Espressione D`Arte Assosiasiyası və Luigi Cherubini Konservatoriyasının birgə əməkdaşlıq layihəsi çərçivəsində reallaşıb.

İtaliya və Azərbaycan musiqi mədəniyyəti və təhsilinin mübadiləsinə əsaslanan layihənin məqsədi tələbə və müəllimlərin mübadilə proqramı və konservatoriyalar arasında təhsil əlaqələrinin inkişafına yönəlib.

Konsertdə Azərbaycanın Xalq Artisti, professor Yeganə Axundova (fortepiano), İtaliyanın Luigi Cherubini Konservatoriyasının prorektoru, “I Briconcello” ansamblının üzvü, professor Leonardo De Lisi (tenor), Espressione D`Arte Assosiasiyasının direktoru, “I Briconcello” ansamblının üzvü Pierluigi Ruggiero (violonçel) və tələbələr Daria Neçayeva (violin), Giuseppe Sturaçe (tenor) çıxış ediblər.

Proqramda F.P.Tostinin “Good-bye”, B.Bartokun “Rumın rəqsləri”, F.Listin “Vallee d’Obermann”, Ü.Hacıbəylinin “Sevgili canan” və “Aşıqsayağı” əsərləri səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.