MƏDƏNİYYƏT


Bakı Musiqi Akademiyasında “Kamerton” layihəsinə yekun vurulub

Bakı, 23 may, AZƏRTAC

Mayın 23-də Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) ideya müəllifi professor Yulya Kərimova və bədii rəhbəri Xalq Artisti Fəxrəddin Kərimov olan “Kamerton” layihəsinə yekun vurulub.

BMA-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Y.Kərimova çıxış edərək layihənin əsas hədəfləri haqqında iştirakçıları məlumatlandırıb.

Vurğulanıb ki, sözügedən layihə çox nadir hallarda ifa olunan mahnıların səsləndirilməsini nəzərdə tutur. Layihə çərçivəsində həm Azərbaycan, həm də xarici ölkələrin bəstəkarlarının az-az səslənən əsərləri peşəkar və istedadlı musiqiçilər tərəfindən ifa olunur.

Tədbir konsert proqramı ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.